Qaynar xətt:

(+99450) 247 90 86

Narkomanlar hansı hallarda həbs edilə bilməz? - HÜQUQİ YARDIM 

Narkomanlar hansı hallarda həbs edilə bilməz? - HÜQUQİ YARDIM 

HÜQUQ

728

18.01.2023, 19:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com oxuuclara  hüquqi  yardımı davam etdirir.

Bu dəfə təqdim  etdiyimiz  mövzu  narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə halları  ilə  bağlıdır.

Cinayət  Məcəlləsinin  74-1 maddəsində bu hallardan  bəhs  edilir.

74-1.1. Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir.

Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir.

74-1.2. Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmış şəxs həmin tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin müdiriyyətinin məlumatı əsasında bu Məcəllənin 75.1-ci maddəsində göstərilən müddət keçməmişdirsə, cinayət məsuliyyətinə cəlb edilir.

Şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə,  böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. 

Hazırladı: Miri Məcidli