Yol nişanını görməyən sürücü cərimədən azad edilə bilərmi? – AÇIQLAMA
09 Oktyabr 2026, 18:22
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
515
15.01.2023, 20:26
Oxu24.com oxuculara hüquqi yardımı davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu cinayət törətməkdən könüllü imtina etmə ilə bağlıdır.
Bu nə deməkdir?
Cinayət Məcəlləsinin 30-cu maddəsində qeyd edilir ki, Cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edən şəxs tərəfindən cinayətə hazırlıq hərəkətlərinin və ya bilavasitə cinayət törətməyə yönəldilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) dayandırılması, cinayəti törətməkdən könüllü imtina etmə sayılır.
30.2. Cinayəti başa çatdırmaqdan könüllü olaraq qəti imtina edən şəxs cinayət məsuliyyətinə cəlb olunmur.
30.3. Cinayəti başa çatdırmaqdan könüllü imtina edən şəxs yalnız o halda cinayət məsuliyyətinə cəlb olunur ki, onun törətdiyi əməldə başqa bir cinayətin tərkibi olsun.
30.4. Cinayətin təşkilatçısı və cinayətə təhrikçi müvafiq dövlət hakimiyyəti orqanlarına vaxtında məlumat verməklə və ya digər tədbirlər görməklə icraçı tərəfindən cinayətin başa çatdırılmasını aradan qaldırdıqları halda, cinayət məsuliyyətinə cəlb olunmurlar. Köməkçi, bilavasitə cinayət törətməyə yönəlmiş əməllər başlananadək icraçıya qabaqcadan vəd olunmuş köməkdən imtina etmişdirsə və ya artıq göstərilmiş köməyin nəticələrini aradan qaldırmışdırsa, cinayət məsuliyyətinə cəlb olunmur.
30.5. Təşkilatçı və ya təhrikçi bu Məcəllənin 30.4-cü maddəsi ilə nəzərdə tutulan hərəkətləri ilə icraçı tərəfindən cinayətin törədilməsinin qarşısını ala bilmədikdə, məhkəmə cəza təyin edərkən onların hərəkətlərini yüngülləşdirici hal hesab edə bilər.
Hazırladı: Miri Məcidli
02:13 / 10 Oktyabr 2026
1
00:16 / 10 Oktyabr 2026
71
23:59 / 09 Oktyabr 2026
89
23:57 / 09 Oktyabr 2026
1739
23:54 / 09 Oktyabr 2026
154
23:51 / 09 Oktyabr 2026
106
23:49 / 09 Oktyabr 2026
74
23:44 / 09 Oktyabr 2026
88
23:39 / 09 Oktyabr 2026
112
23:27 / 09 Oktyabr 2026
717
23:25 / 09 Oktyabr 2026
90
23:22 / 09 Oktyabr 2026
81
23:17 / 09 Oktyabr 2026
74
23:03 / 09 Oktyabr 2026
73
22:57 / 09 Oktyabr 2026
85
22:47 / 09 Oktyabr 2026
83
22:31 / 09 Oktyabr 2026
69
22:27 / 09 Oktyabr 2026
84
22:13 / 09 Oktyabr 2026
106
21:58 / 09 Oktyabr 2026
87
21:54 / 09 Oktyabr 2026
80
21:52 / 09 Oktyabr 2026
88
21:45 / 09 Oktyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.