Qaynar xətt:

(+99450) 247 90 86

Əcnəbilər  Azərbaycanda  olduğu yer üzrə qeydiyyata alınmalıdır - HÜQUQŞÜNAS

Əcnəbilər  Azərbaycanda  olduğu yer üzrə qeydiyyata alınmalıdır - HÜQUQŞÜNAS

HÜQUQ

543

09.01.2023, 15:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com oxuuclara hüquqi yardımını davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu şəxslərin  qeydiyyatı ilə  bağlıdır.

Mövzu ilə  bağlı  Oxu24.com-a  açıqlama verən  hüquqşünas  Cəmil  Adışov bildirib ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

 

Hazırladı: Miri Məcidli