Qaynar xətt:

(+99450) 247 90 86

Şəxsi köləliyə məcbur edənləri bu cəza gözləyir - Hüquqi yardım 

Şəxsi köləliyə məcbur edənləri bu cəza gözləyir - Hüquqi yardım 

HÜQUQ

555

06.01.2023, 09:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com oxuuclara hüquqi yardımını davam etdirri.

 

Bu dəfə təqdim etdiyimiz  mövzu  köləliklə bağlıdır.

 

Köləliyə təhrik edənləri hansı cəza gözləyir?

 

Cinayət Məcəlləsinin 106.1. maddəsində  qeyd  edilir  ki,  köləlik, yəni şəxs üzərində mülkiyyət hüququna xas olan səlahiyyətləri tam və ya qismən həyata keçirmə— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

106.2. Eyni əməllər yetkinlik yaşına çatmayana qarşı və ya şəxsi xarici ölkəyə daşımaq məqsədi ilə törədildikdə— yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

106.3. Kölə ticarəti, yəni şəxsi köləliyə yönəltmək və ya kölə kimi istifadə etmək, satmaq və ya dəyişdirmək məqsədi ilə saxlama, onun barəsində sərəncam vermə, habelə kölə ticarəti və kölələrin daşınması ilə bağlı hər hansı bir əməl, eləcə də cinsi köləlik və ya köləlik əsasında cinsi azadlığa qəsd edən əməl— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Hazırladı: Miri Məcidli