Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80225
az

Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verib

21:2105 Yanvar, 2023
302
HÜQUQ
  • A

Azərbaycan tərəfi Ermənistanın azərbaycanlıların insan hüquqlarının məqsədyönlü şəkildə pozulmasına cavab olaraq, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə ikinci müraciətini təqdim edib.

Bu barədə  Oxu24.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Müraciətdə deyilir:

"Xüsusilə, Ermənistanın 2021-ci ildən başlayaraq Azərbaycan ərazisində minalar və evlərdə mina tələlər yerləşdirməkdə davam etdiyinə dair yeni sübutlar mövcuddur. Bu minalar və mina tələlər Ermənistanın qanunsuz işğalı nəticəsində azərbaycanlıların 30 il əvvəl qovulduğu mülki yaşayış məntəqələrində və ya onların yaxınlığında yerləşdirilməklə məcburi köçkün ailələrinin və icmaların öz evlərinə qayıtmasına maneçilik törədir.

Ermənistan tərəfi Üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq hərbi təxribatlarını davam etdirib və 2022-ci ilin avqust ayından etibarən Azərbaycanda 2021-ci il Ermənistan istehsalı 2700-dən çox mina aşkar olunub. Minaların Ermənistanın Üçtərəfli Bəyanatla bütün hərbi əməliyyatları dayandırmağa, qüvvələrini Azərbaycandan çıxarmağa və azərbaycanlı məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasına razılığından sonra yerləşdirdiyinə dair sübutlar mövcuddur. Sözügedən minaların yarıdan çoxu azərbaycanlı məcburi köçkünlərin qayıtmalı olduğu mülki ərazilərdə aşkar edilib. Bundan əlavə, Ermənistan bu minaların və digər silahların daşınması məqsədilə yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın yolundan açıq şəkildə istifadə edir.

Mülki ərazilərin minalarla hədəfə alınması nəinki günahsız mülki şəxslərin həyatına təhdid yaradır, Azərbaycanın hələ də əldə olunmasına sadiq qaldığı sülh sazişini təhlükə altında qoyan bir təxribatdır. Cəmi üç həftə əvvəl Kəlbəcər rayonunda minanın partlaması nəticəsində 7 azərbaycanlı, o cümlədən bərpa işlərində iştirak edən 4 mülki şəxs yaralanıb, bir azərbaycanlı isə həlak olub.

Azərbaycan mülki vətəndaşlarının qayıdacaqları rayonların operativ, təhlükəsiz və effektiv şəkildə minalardan təmizlənməsi istiqamətində Ermənistanın dərhal lazımi addımlar atması, mülki əraziləri mina və digər partlayıcı maddələrlə hədəfə almaması və bu xüsusda Laçın yolundan istifadəni dayandırması məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.

Azərbaycan tərəfi beynəlxalq insan hüquqları hüququnu pozduğuna görə Ermənistanın məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcək".

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş müsabiqəsinin qalibi olub
Vəkillər Kollegiyasının rəhbərliyi İran səfirliyinin nümayəndə heyəti ilə görüşüb
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi