Yol nişanını görməyən sürücü cərimədən azad edilə bilərmi? – AÇIQLAMA
09 Oktyabr 2026, 18:22
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
705
03.01.2023, 23:27
Oxu24.com oxuculara hüquqi yardımını davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə zamanı yaranan məsuliyyətlə bağlıdır.
Cinayət Məcəlləsinin 333.1. maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə - bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.
333.2. Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş əməllər on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə—iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.
333.3. Zabitin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, habelə üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə — iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
333.4. Bu Məcəllənin 333.2 və 333.3-cü maddələrində nəzərdə tutulmuş əməllər bir aydan artıq, lakin üç aydan çox olmayaraq törədildikdə— iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
333.4-1. Bu Məcəllənin 333.1-ci və 333.3-cü maddələrində nəzərdə tutulmuş əməllər üç aydan artıq törədildikdə - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
333.5. İntizam xarakterli hərbi hissədə cəza çəkən hərbi qulluqçunun özbaşına getməsi—bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
333.6. Bu Məcəllənin 333.1—333.4-1-ci maddələrində nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə— üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Ağır şərait zəminində bu Məcəllənin 333.1—333.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər.
Hazırladı: Miri Məcidli
01:41 / 11 Oktyabr 2026
920
01:28 / 11 Oktyabr 2026
8129
01:15 / 11 Oktyabr 2026
127
01:11 / 11 Oktyabr 2026
248
00:59 / 11 Oktyabr 2026
823
00:56 / 11 Oktyabr 2026
199
00:39 / 11 Oktyabr 2026
306
00:21 / 11 Oktyabr 2026
435
00:19 / 11 Oktyabr 2026
156
00:17 / 11 Oktyabr 2026
85
00:11 / 11 Oktyabr 2026
411
00:06 / 11 Oktyabr 2026
338
23:34 / 10 Oktyabr 2026
418
23:24 / 10 Oktyabr 2026
99
23:24 / 10 Oktyabr 2026
113
23:11 / 10 Oktyabr 2026
163
22:55 / 10 Oktyabr 2026
92
22:49 / 10 Oktyabr 2026
147
22:39 / 10 Oktyabr 2026
100
22:35 / 10 Oktyabr 2026
147
22:28 / 10 Oktyabr 2026
91
22:06 / 10 Oktyabr 2026
96
21:36 / 10 Oktyabr 2026
4122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.