Bu vəkillər hakim təyin olundu - SİYAHI
11 Oktyabr 2026, 08:51
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
908
01.01.2023, 19:44
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu qaçaqmalçılıq və onun yaratdığı məsuliyyətlə bağlıdır.
Cinayət Məcəlləsinin 206.1. maddəsinə əsasən qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi—
cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
206.1-1. Bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə —cinayətin predmetinin dəyərinin əlli faizindən yetmiş faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin əlli faizindən yetmiş faizinədək miqdarında cərimə edilməklə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
206.1-2. Bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə—cinayətin predmetin dəyərinin altmış faizindən səksən faizinədək miqdarında cərimə və ya cinayətin predmetin dəyərinin altmış faizindən səksən faizinədək miqdarında cərimə edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
206.2. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [533] KMQ6
206.3. Bu Məcəllənin 206.1–206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: [534]
206.3.1. təkrar törədildikdə;
206.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
206.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə;
206.3.4. gömrük nəzarətini həyata keçirən şəxsə zor tətbiq etməklə törədildikdə—
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
206.4. Bu Mәcәllәnin 206.1 — 206.3-cü maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə—
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin 206.1-ci maddəsində “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, 206.1-1-ci maddəsində “külli miqdar” dedikdə, iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, 206.1-2-ci maddəsində “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.
2. Bu Məcəllənin 206.2-ci maddəsində "mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyalar" dedikdə, Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlər başa düşülür.
Hazırladı: Miri Məcidli
11:30 / 11 Oktyabr 2026
108
11:24 / 11 Oktyabr 2026
52
11:21 / 11 Oktyabr 2026
61
11:13 / 11 Oktyabr 2026
196
11:07 / 11 Oktyabr 2026
52
10:48 / 11 Oktyabr 2026
453
10:43 / 11 Oktyabr 2026
70
10:29 / 11 Oktyabr 2026
77
10:20 / 11 Oktyabr 2026
86
10:02 / 11 Oktyabr 2026
296
09:41 / 11 Oktyabr 2026
176
09:36 / 11 Oktyabr 2026
67
09:25 / 11 Oktyabr 2026
107
09:10 / 11 Oktyabr 2026
2660
09:10 / 11 Oktyabr 2026
145
08:56 / 11 Oktyabr 2026
800
08:51 / 11 Oktyabr 2026
106
08:28 / 11 Oktyabr 2026
73
08:27 / 11 Oktyabr 2026
178
08:24 / 11 Oktyabr 2026
270
08:15 / 11 Oktyabr 2026
138
07:37 / 11 Oktyabr 2026
78
06:55 / 11 Oktyabr 2026
147
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.