Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79737
az

Doğum həkimlərinə bu hallarda əlavə pul yazılmalıdır  - HÜQUQİ YARDIM

18:3129 Dekabr, 2022
229
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardımı davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu gecə növbəsi işləyən doğum həkiminin maaşı ilə  bağlıdır.

Dövlət mülkiyyətində olan doğum evində işləyən həkim gecə növbəsində (gecə vaxtında) yerinə yetirdiyi işin hər saatına görə əmək haqqı necə hesablanır və neçə saat işə cəlb oluna bilər?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilmə sistemi, növləri və məbləği” sənədinin 2.2.6.1-ci bəndinə əsasən səhiyyə müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində (bölmə, şöbə, stansiya, kabinet və s.) gecə işlərinə cəlb edilən həkim, orta və kiçik tibb heyəti işçilərinə, eləcə də sanitar avtomobillərinin sürücülərinə (o cümlədən, avtonəqliyyat müəssisələrinin və başqa təşkilatların ştatında olan) gecə vaxtında yerinə yetirilən işin hər saatına görə saatlıq vəzifə (tarif) maaşının 50 faizi, digər işçilərinə isə vəzifə (tarif) maaşının 35 faizi miqdarında əlavə haqq ödənilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 96-cı maddəsinin 1-ci hissəsinə əsasən qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər.

Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

Əmək Məcəlləsinin 97-ci maddəsinin 1-ci hissəsinə əsasən saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır.

Əmək Məcəlləsinin 103-cü maddəsinin 5-ci hissəsinə əsasən istirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir.

Yekun olaraq iş rejimi cədvəli qurularkən müəssisədə çalışan həkim gündəlik işinin (növbənin) müddəti 12 saatdan çox ola bilməz və növbənin 8 saatı gecə vaxtına düşdüyü halda həmin gecə saatlarında yerinə yetirilən işin hər saatına görə ona saatlıq vəzifə (tarif) maaşının 50 faizi miqdarında əlavə haqq ödənilir.

(əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır.)

 

Hazırladı: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR
Əhməd necə azadlığa çıxa bilər? - Vəkildən AÇIQLAMA

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA