Bu vəkillər hakim təyin olundu - SİYAHI
11 Oktyabr 2026, 08:51
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
919
29.12.2022, 10:49
Oxu24.com oxuculara hüquqi yardımını davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu sınaq müddəti ilə bağlıdır.
Təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə sınaq müddəti müəyyən edilməlidirmi?
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər.
Sınaq müddəti 3 aydan artıq olmamaq şərtilə müəyyən edilir və bu müddət işçinin faktik olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir.
İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir.
Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.
Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşı 18-dən az olan şəxslərlə, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə, təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə, iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə, tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda sınaq müddəti müəyyən edilmir.
Məcəlləsinin 53-cü maddəsinə əsasən, sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəldən yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.
Bu müddət qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər.
Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir.
Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər.
Hazırladı: Miri Məcidli
18:13 / 11 Oktyabr 2026
24
18:08 / 11 Oktyabr 2026
48
17:57 / 11 Oktyabr 2026
53
17:52 / 11 Oktyabr 2026
86
17:40 / 11 Oktyabr 2026
52
17:28 / 11 Oktyabr 2026
55
17:24 / 11 Oktyabr 2026
86
17:10 / 11 Oktyabr 2026
88
16:55 / 11 Oktyabr 2026
134
16:46 / 11 Oktyabr 2026
75
16:25 / 11 Oktyabr 2026
67
15:55 / 11 Oktyabr 2026
87
15:22 / 11 Oktyabr 2026
81
15:03 / 11 Oktyabr 2026
346
14:50 / 11 Oktyabr 2026
201
14:41 / 11 Oktyabr 2026
106
14:35 / 11 Oktyabr 2026
366
14:34 / 11 Oktyabr 2026
105
14:25 / 11 Oktyabr 2026
1023
14:19 / 11 Oktyabr 2026
141
14:15 / 11 Oktyabr 2026
132
14:10 / 11 Oktyabr 2026
213
14:06 / 11 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.