Bu vəkillər hakim təyin olundu - SİYAHI
11 Oktyabr 2026, 08:51
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
444
29.12.2022, 10:40
Oxu24.com oxuculara hüquqi yardımını davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu işəgötürənin işçi qarşısında maddi məsuliyyəti ilə bağlıdır.
Hansı hallarda işəgötürən işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıyır?
İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır:
a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda;
b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə;
c) işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə;
ç) əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyalarının və ya digər əmlakının işəgötürən tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə;
d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə;
e) əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə;
ə) əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda;
f) əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə;
g) işçi seksual qısnamaya məruz qaldıqda.
Hazırladı: Miri Məcidli
18:13 / 11 Oktyabr 2026
24
18:08 / 11 Oktyabr 2026
48
17:57 / 11 Oktyabr 2026
53
17:52 / 11 Oktyabr 2026
86
17:40 / 11 Oktyabr 2026
52
17:28 / 11 Oktyabr 2026
55
17:24 / 11 Oktyabr 2026
86
17:10 / 11 Oktyabr 2026
88
16:55 / 11 Oktyabr 2026
134
16:46 / 11 Oktyabr 2026
75
16:25 / 11 Oktyabr 2026
67
15:55 / 11 Oktyabr 2026
87
15:22 / 11 Oktyabr 2026
81
15:03 / 11 Oktyabr 2026
346
14:50 / 11 Oktyabr 2026
201
14:41 / 11 Oktyabr 2026
106
14:35 / 11 Oktyabr 2026
366
14:34 / 11 Oktyabr 2026
105
14:25 / 11 Oktyabr 2026
1023
14:19 / 11 Oktyabr 2026
141
14:15 / 11 Oktyabr 2026
132
14:10 / 11 Oktyabr 2026
213
14:06 / 11 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.