Qaynar xətt:

(+99450) 247 90 86

Elmi dərəcəsi  olanlara nə qədər   əlavə ödənilir? - HÜQUQİ YARDIM 

Elmi dərəcəsi  olanlara nə qədər   əlavə ödənilir? - HÜQUQİ YARDIM 

HÜQUQ

555

28.12.2022, 20:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com oxuuclara hüquqi yardımını davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu elmi dərəcələrə görə əlavə ödənişlərlə bağlıdır.

 

Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavə ödənilirmi?

 

1. Azərbaycan Milli Elmlər Akademiyasında, habelə digər dövlət orqanlarının elmi, elmi-tədqiqat müəssisə və təşkilatlarında çalışan elmlər doktoru elmi dərəcəsi olan şəxslərə 50 manat (bilavasitə ixtisası üzrə çalışanlara 100 manat), fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan şəxslərə 30 manat (bilavasitə ixtisası üzrə çalışanlara 60 manat);

2.Dövlət büdcəsindən maliyyələşdirilən digər müəssisə və təşkilatlarda (icra hakimiyyəti orqanlarından başqa) bilavasitə ixtisası üzrə çalışan şəxslərə:

elmlər doktoru elmi dərəcəsinə görə - 80 manat;

fəlsəfə doktoru elmi dərəcəsinə görə - 40 manat.

 

Hazırladı: Miri Məcidli