Qaynar xətt:

(+99450) 247 90 86

Əmək Məcəlləsi ilə müəyyən olunmuş müddətlərin hesablanması qaydaları necədir?

Əmək Məcəlləsi ilə müəyyən olunmuş müddətlərin hesablanması qaydaları necədir?

HÜQUQ

591

28.12.2022, 20:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com oxuculara hüquqi yardımını davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu   Əmək Məcəlləsi ilə müəyyən olunmuş müddətlərin hesablanması qaydaları ilə bağlıdır.

Əmək Məcəlləsi ilə müəyyən olunmuş müddətlərin hesablanması qaydaları necədir?

 

Əmək Məcəlləsi ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə-illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir.

Müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. İllərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır.

Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir.

Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir.

 

Hazırladı: Miri Məcidli