Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda çoxuşaqlı analar necə məzuniyyətə çıxır? - HÜQUQİ YARDIM

Azərbaycanda çoxuşaqlı analar necə məzuniyyətə çıxır? - HÜQUQİ YARDIM

HÜQUQ

526

26.12.2022, 22:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com oxuculara hüquqi  yardımını davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu  çoxuşaqlı qadınların pensiya hüququ ilə bağlıdır.

Beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlara yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sənədlər və onların təqdimat forması hansı qaydada həyata keçirilir?

Xidmət üzrə tələb olunan sənədlər:

1. Şəxsiyyət vəsiqəsi (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi);

2. Ümumi iş (sığorta) stajını təsdiq edən sənədlər (əmək kitabçası, hərbi bilet və ya SHXÇDX-dən arayış, əyani təhsil dövrünü təsdiq edən müvafiq sənəd və s.);

3. Uşaqların doğum haqqında şəhadətnamələri və şəxsiyyət vəsiqələri;

4. Ananın beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etməsi və böyütməsi barədə yerli icra hakimiyyəti başçısının müvafiq inzibati ərazi dairəsi üzrə və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışı.

Xidmət üzrə sənədlərin təqdimetmə forması:

-əsli, -surəti,-notarial təsdiq edilmiş surəti, -elektron surəti

Hazırladı: Miri Məcidli