Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79447
az

Orta əmək haqqı əvvəlki iki aydan hesablanarkən nəzərə alınmayan ödənclər hansılardır?

09:1226 Dekabr, 2022
126
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardımı davam etdirir.

Bu dəfə təqdim  etdiyimiz  mövzu   orta əmək haqqı əvvəlki iki aydan hesablanarkən nəzərə alınmayan ödənclər hansılardır? sualı ilə bağlıdır.

Birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla);

işçinin öz vəzifəsinə aid olmayan ayrı-ayrı tapşırıqların yerinə yetirilməsinə görə ödəmələr;

iş vaxtından artıq iş saatlarının ödənilməsi; istirahət, səsvermə, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günlərində işə görə ödəmələr; əmək alətlərinin, vəsaitlərinin və digər əşyaların amortizasiyasına görə pul əvəzi ödəmələr;

maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər; ezamiyyət ilə bağlı verilən ödəmələr, çöl xərcləri, daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələr, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə əlavələr;

müvəqqəti əvəzetməyə görə ödəmə; ayrı-ayrı işçilərə pulsuz verilmiş mənzil, kommunal xidmətlərinin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyəri və ya onların kompensasiyası;

işçilərə verilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrin, südün və müalicə-profilaktika qidalarının dəyəri;

qanunvericilikdə nəzərdə tutulmuş hallarda pulsuz qidaların dəyəri (pulsuz kollektiv yeməklər, müəssisənin mənfəətinin hesabına işçilərə pulsuz və ya güzəştli şərtlərlə verilən yeməklər);

sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyəri; başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə mənzil kirayəsi və əmlakın daşınması üzrə xərclərin ödənilməsi;

istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş işçilərə müəssisə və təşkilatlar tərəfindən ödənilən təqaüdlər; yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatları;

gənc mütəxəssislərə ali və yaxud orta ixtisas təhsil müəssisəsini qurtardıqdan sonra verilən məzuniyyət zamanı müəssisələrin, idarələrin və təşkilatların hesabına ödənilən müavinətlər; mülki hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələr. istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya.

 

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR
Əhməd necə azadlığa çıxa bilər? - Vəkildən AÇIQLAMA

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanıldı