Qaynar xətt:

(+99450) 247 90 86

Əlilə verilmiş avtomobili ailə üzvü sürə bilərmi? - HÜQUQİ YARDIM

Əlilə verilmiş avtomobili ailə üzvü sürə bilərmi? - HÜQUQİ YARDIM

HÜQUQ

335

23.12.2022, 16:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com oxuculara hüquqi yardımını davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu əlilliyə görə  verilən avtomoblin idarə edilməsi  ilə  bağlıdır.

Əlilliyi olan şəxs səhhəti ilə əlaqədar dövlət tərəfindən pulsuz verilmiş avtomaşını idarə etməkdə çətinlik çəkərsə və avtomobilin idarəetməsini ailə üzvünə və ya digər şəxsə həvalə edərsə bu hal necə tənzimlənir?

Əlilliyi olan şəxs səhhəti ilə əlaqədar dövlət tərəfindən pulsuz verilmiş avtomaşını idarə etməkdə çətinlik çəkərsə, onda həmin avtomaşının idarə olunmasını onunla eyni yaşayış məntəqəsində yaşayan, sürücülük vəsiqəsi olan ailə üzvünə həvalə edə bilər.

Bunun üçün aşağıda göstərilən sənədləri Sosial Xidmətlər Agentliyinə təqdim etməlidir:

-ərizə. -avtomaşının texniki pasportunun surəti; (Notarial qaydada təsdiq olunmuş)

-şəxsiyyət vəsiqəsinin surəti (hər iki şəxsin); (Notarial qaydada təsdiq olunmuş)

-yaşayış yerindən arayış (hər iki şəxsin);

- etibarnamə veriləcək şəxsin sürücülük vəsiqəsinin surəti (Notarial qaydada təsdiq olunmuş)

 

Hazırladı: Miri Məcidli