Qaynar xətt:

(+99450) 247 90 86

Bu şəxslərin Dövlətdən pulsuz avtomobil almaq hüququ var - QAYDALAR

Bu şəxslərin Dövlətdən pulsuz avtomobil almaq hüququ var - QAYDALAR

HÜQUQ

879

21.12.2022, 20:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com oxuculara hüquqi yardımını davam etdirir.

 

Bu dəfə təqdim etdiyimiz mövzu  dövlətdən pulsuz  avtomobil  almaq hüquqi  olan  şəxslərlə  bağlıdır.

 

Hansı imtiyazlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən pulsuz avtomobillə təmin oluna bilər?

Suala  cavab  olaraq   qeyd  edirik  ki, II Dünya müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslə və onlara bərabər tutulanlar, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlilliyi müəyyən edilmiş şəxslər, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsində, 1990-cı ildə Bakı şəhərində və respublikanın digər yaşayış məntəqələrində baş vermiş faciəli yanvar hadisələrində, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edib əlilliyi müəyyən edilmiş şəxslərin pulsuz  avyomobil  almaq   hüququ var.

Bunun üçün  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib və növbəyə  yazılmaq lazımdır.

DİQQƏT! - Bunu edin kombi qazı az işlədəcək?

 

Hazırladı: Miri Məcidli