Qaynar xətt:

(+99450) 247 90 86

Bu şəxslər hər il 237 manat almalıdır - HÜQUQ

Bu şəxslər hər il 237 manat almalıdır - HÜQUQ

HÜQUQ

308

20.12.2022, 14:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com oxuuclara hüquqi yardımını davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət alma qaydası ilə bağlııdr.

 

Müavinət almaq hüququ olan şəxslər aşağıdakılardır:

Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər

Müavinət hansı halda təyin olunur?

Şəxsin radiasiya qəzası nəticəsində əlilliyinin müəyyən edildiyini və Çernobıl AES qəzası nəticəsində zərər çəkmiş şəxslərin 18 yaşınadək uşaqlarının qəza nəticəsində sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərar təqdim edildikdə

Hər il müalicə üçün müraciət edilən aydan sonrakı ayın 1-dən ildə bir dəfə ödənilməklə əlillik, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir.

Müavinətin məbləği

237 manat

 

Hazırladı: Miri Məcidli