Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79160
az

Məzuniyyətə çıxmayan işçiyə pul verilməlidir? - HÜQUQİ YARDIM

22:4219 Dekabr, 2022
124
HÜQUQ
  • A

Oxu24.com oxuuclara hüquqi yardımını davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu məzuniyyətlə bağlıdır.


SUAL: Mən işlədiyim son 3 ildə məzuniyyətə çıxmamışam. Əgər mən işdən çıxaramsa, istifadə etmədiyim məzuniyyətlərə görə pul əvəzi tələb edə bilərəmmi?


Mövzu ilə bağlı açıqlama verən hüquqşünas Yalçın Hacızadə bildirib ki, Əmək Məcəlləsinin 144-cü maddəsinə görə, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

 

Lakin əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.

Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boşananda hansı halda ər-arvadın birinə artıq pay düşə bilər?
Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Xəzər dənizində 26 kiloqram narkotik aşkarlandı