Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79137
az

Bu şəxslər övlaqlığa uşaq götürə bilməz - HÜQUQ

18:4619 Dekabr, 2022
108
HÜQUQ
  • A

Oxu24.com oxuuclara hüquqi yardımını davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu övladlığa uşaq götürmə ilə bağlıdır.

Hansı hallarda şəxslər övladlığa uşaq götürə bilməz?

Övladlığa uşaq götürmək istəyən nikahda olan şəxslərdən biri (ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün isə 30 yaş olmalıdır:

“Övladlığa uşaq götürmə üç mərhələdə həyata keçirilir. Bura övladlığa uşaq götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması, övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi və övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi daxildir. Hər iki cinsdən olan, yaş həddi barədə tələblərə cavab verən istənilən şəxs övladlığa uşaq götürə bilər”.

Nikahları olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməz:

“Eyni zamanda fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətinə malik şəxslər, məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş, eləcə də ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər övladlığa uşaq götürə bilməz. Bununla yanaşı, əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər, səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyənlər də sözügedən hüquqa malik deyil”.

Barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslərə övladlığa uşaq götürməyə icazə verilmir:

“Məhkumluğun götürülməsi və ödənilməsi nəzərə alınmadan, sülh və insanlıq, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, həyat, sağlamlıq, şəxsiyyətin azadlığı, ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı, cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar, ailə münasibətləri əleyhinə qəsdən törədilən ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, bu cinayətləri törətdiyinə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər, barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər övladığa uşaq götürməkdən məhrumdurlar”.

 

Bununla yanaşı, orta aylıq gəliri minimum əməkhaqqından az olan şəxslər övladlığa uşaq götürə bilməz:

“Ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən az olan şəxslər övladlığa uşaq götürə bilməzlər. Övladlığa götürmə prosesinin konkret müddəti isə yoxdur. Eyni zamanda övladlığa götürmə ilə bağlı peşə növünün heç bir fərqi yoxdur. Qanuna əsasən, qeyd olunan şərtlərə uyğun olan istənilən işgüzar şəxs övladlığa uşaq götürə bilər”.

Cavablandırdı: Vəkil Amid Əsgərov

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boşananda hansı halda ər-arvadın birinə artıq pay düşə bilər?
Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi