Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79120
az

Təsisçinin müəssisəyə verdiyi borcdan vergi tutulurmu? - CAVAB

20:4619 Dekabr, 2022
119
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardımını davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu  vergilərlə bağlıdır.

Təsisçinin müəssisəyə verdiyi borcdan vergi tutulurmu?

 

Tutaq ki, təsisçi müxtəlif vaxtlarda kooperativin bank hesabına 20 milyon manat pul ödəyib. Həmin vəsaitdən vergi hesablanmalıdırmı?

Əlavə olaraq, tutaq ki, borclunun pulu qaytarılan zaman 25 milyon manat, yəni borc müqaviləsindən 5 milyon manat artıq olarsa, ondan hansı qaydada vergi tutulur?

Dövlət Vergi Xidmətindən bildirilib ki, qanunvericiliyə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir (Vergi Məcəlləsi, maddə 14.3).

Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır (Vergi Məcəlləsi, maddə 18).

Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü maddələri və Mülki Məcəllənin 739-cu maddəsi

 

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boşananda hansı halda ər-arvadın birinə artıq pay düşə bilər?
Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ