Bu vəkillər hakim təyin olundu - SİYAHI
11 Oktyabr 2026, 08:51
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
333
17.12.2022, 19:00
Oxu24.com oxuculara hüquqi yardımını davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu kameral vergi yoxlaması ilə bağlıdır.
Sual: Bəzən vergi ödəyicilərinin kameral vergi yoxlamalarının müddətləri ilə bağlı sualları yaranır.
Cavab:Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir.
Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə, bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.
Vergi Məcəlləsinin 37.2-1-ci maddəsində isə göstərilib ki, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş (diqqət edin, kameral uyğunsuzluq məktubu yox, məhz bildiriş) göndərir.
Vergi Məcəlləsinin 72-ci maddəsi isə vergi bəyannamələrinin (o cümlədən dəqiqləşdirilmiş bəyannamələrin) tərtib və təqdim edilməsi qaydalarını tənzimləyir.
Məcəllənin 37.2-ci maddəsinin diqqət yetirilməli əsas məqamı bu maddənin ikinci cümləsidir. Həmin cümləni bir daha və diqqətlə nəzərdə keçirək:
Vergi Məcəlləsinin 37.2-ci maddəsinin 2-ci cümləsində qeyd edilib ki, bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə, bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.
Yəni, kameral vergi yoxlaması üçün nəzərdə tutulmuş 30 iş günü keçdikdən sonra verilmiş cari bəyannamələr və bildiriş üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamələr üzrə yenidən kameral yoxlama keçirilə bilməz.
Burada daha bir diqqət olunmalı məqam vardır. Vergi ödəyicisi təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamənin “Ümumi məlumat” bölməsində vergi orqanı tərəfindən kənarlaşmanın aşkar edilməsi barədə göndərilmiş bildirişin nömrəsini qeyd etməlidir.
Əks halda vergi orqanı dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən 30 iş günü müddətində kameral vergi yoxlaması keçirmək hüququnu bərpa etmiş olur.
Hazırladı: Aynur Məcidova
19:59 / 12 Oktyabr 2026
81
19:56 / 12 Oktyabr 2026
59
19:50 / 12 Oktyabr 2026
87
19:44 / 12 Oktyabr 2026
50
19:33 / 12 Oktyabr 2026
76
19:28 / 12 Oktyabr 2026
142
19:19 / 12 Oktyabr 2026
67
19:18 / 12 Oktyabr 2026
80
19:05 / 12 Oktyabr 2026
289
18:45 / 12 Oktyabr 2026
82
18:41 / 12 Oktyabr 2026
2945
18:35 / 12 Oktyabr 2026
160
18:15 / 12 Oktyabr 2026
165
18:12 / 12 Oktyabr 2026
213
17:54 / 12 Oktyabr 2026
137
17:49 / 12 Oktyabr 2026
983
17:47 / 12 Oktyabr 2026
306
17:45 / 12 Oktyabr 2026
152
17:39 / 12 Oktyabr 2026
1223
17:33 / 12 Oktyabr 2026
93
17:33 / 12 Oktyabr 2026
88
17:26 / 12 Oktyabr 2026
80
17:24 / 12 Oktyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.