Vəkillər Kollegiyasının rəhbərliyi növbəti vətəndaş qəbulu keçirib
13 İyun 2025, 15:31
Qaynar xətt:
(+99450) 247 90 86HÜQUQ
205
16.12.2022, 13:31
Oxu24.com oxuculara hüquqi yardımı davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu təhsil məzuniyyəti ilə bağlıdır.
Qanunvericiliyə, əsasən, işləməklə yanaşı, təhsil alan işçilərə ödənişli yaradıcılıq və təhsil məzuniyyətləri verilir.
Bəs təhsil məzuniyyəti zamanı məzuniyyət haqqının hesablanması və rəsmiləşdirilməsi qaydası necədir?
Əmək Məcəlləsinin 123-cü maddəsinə əsasən, işləməklə yanaşı, təhsil alan işçilərə aşağıdakı məqsədlərlə ödənişli təhsil məzuniyyətləri verilir:
- müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları vermək üçün;
- dövlət imtahanlarını vermək üçün;
- diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün.
Ödənişli təhsil məzuniyyəti müddətində işçiyə bu Məcəllənin 177-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən orta əməkhaqqı ödənilir.
Təhsil məzuniyyətinin müddəti Məcəllənin 124-cü maddəsində müəyyənləşdirilib. Həmin maddəyə əssasən:
- ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü;
- qalan kurslarda 40 təqvim günü;
- orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə birinci və ikinci kurslarda 20 təqvim günü;
- digər kurslarda 30 təqvim günü;
- ali və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə dövlət imtahanları dövründə 30 təqvim günü;
- diplom işinin hazırlandığı və müdafiə edildiyi dövrdə ali təhsil müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə 4 təqvim ayınadək;
- orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə isə 2 təqvim ayınadək;
Həmçinin oxuyun
- peşə təhsili müəssisələrində istehsalatdan ayrılmadan təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün tədris ilində 30 təqvim günü;
- ümumtəhsil müəssisələrinin qiyabi qruplarında təhsil alan işçilərə buraxılış siniflərində imtahanlarını vermək üçün 20 təqvim günü müddətində məzuniyyət verilir.
Bu maddədə nəzərdə tutulmuş məzuniyyətlərdən təhsil proqramları ilə müəyyən edilən dövrlərdə, təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə oluna bilər.
Yuxarıda da qeyd edildiyi kimi, ödənişli təhsil məzuniyyəti müddətində işçiyə Əmək Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən orta əməkhaqqı ödənilir.
Misal: Fərz edək ki, işçinin maaşı noyabr ayında 700, dekabr ayında isə 900 manat olub. Bu zaman məzuniyyət haqqını hesablamaq üçün məzuniyyətdən əvvəlki son iki ayın əməkhaqqı məbləği cəmlənib, həmin aydakı iş günlərinin sayına bölünür, məzuniyyət günlərində olan iş günlərinin sayına vurulur. İşçinin 30 günlük təhsil məzuniyyətinə çıxdığını, noyabr və dekabr aylarında iş günlərinin sayının 22 və 24 olduğunu nəzərə alsaq, məzuniyyət haqqı aşağıdakı kimi hesablanır:
700+900 = 1.600 manat
22+24 = 46 iş günü
1.600 : 46 = 34,78 manat
34,78 x 23 = 799,94 manat.
Təhsil məzuniyyətinin rəsmiləşdirilməsi Əmək Məcəlləsinin 138-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir.
Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir.
İşəgötürən məzuniyyətlərin verilməsinin uçotunu dürüst və vaxtında aparmağa borcludur. Məzuniyyətlərin verilməsinin uçotu işçilərin iş illəri, məzuniyyətlərin növləri, müddətləri, verildiyi vaxt və müvafiq əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi göstərilməklə aparılmalıdır. Məzuniyyətlərin verilməsi işəgötürənin imkanlarına müvafiq olaraq kompüter proqramları və ya sadələşdirilmiş kargüzarlıq yolu ilə aparılır.
Əmək Məcəlləsinin 140.5 ci maddəsinə əsasən, işçiyə məzuniyyət vaxtı üçün orta əməkhaqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.
Hazırladı: Aynurə Məcidova
16:51 / 16 İyun 2025
TƏCİLİ! AZAL uçuşları bu tarixədək dayandırdı
40
16:48 / 16 İyun 2025
Naxçıvanda iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
5
16:47 / 16 İyun 2025
Pakistan İranla sərhədi tamamilə bağlayıb
6
14:59 / 16 İyun 2025
İmamoğlunu 7 il həbs cəzası gözləyir
39
14:48 / 16 İyun 2025
İrandan təxliyə olunan Azərbaycan vətəndaşlarının sayı açıqlandı
44
14:35 / 16 İyun 2025
Zelenskinin dəstəyi azalıb
27
14:29 / 16 İyun 2025
Rus dilini müdafiə edən latviyalı deputat saxlanılıb
29
14:21 / 16 İyun 2025
İsrail itkilərini açıqladı
384
14:05 / 16 İyun 2025
İsrail İranın raket buraxılış qurğularının üçdə birini məhv etdiyini açıqlayıb
42
14:03 / 16 İyun 2025
General açıqladı : İsrailə 2 tonluq RAKET ATILIR? +VİDEO
188
13:59 / 16 İyun 2025
Bu BÜRCLƏR üçün iyunda pul, uğur və...
110
13:58 / 16 İyun 2025
Məşhur caz musiqiçisi vəfat edib
32
13:25 / 16 İyun 2025
Məşhur musiqiçi vəfat etdi
33
13:16 / 16 İyun 2025
Qar yağacaq - Xəbərdarlıq
88
13:10 / 16 İyun 2025
Həyətində çətənə kolu əkirmiş
40
12:57 / 16 İyun 2025
Xomenei öldürülsə, İranda nələr baş verəcək? - ŞOK TƏFƏRRÜAT
420
12:47 / 16 İyun 2025
Rusiya pilotsuz uçan aparatların zərbələri taktikasını dəyişdi
48
12:28 / 16 İyun 2025
Yeni rəis təyin olundu
969
12:22 / 16 İyun 2025
Hava nə vaxt düzələcək?
62
12:14 / 16 İyun 2025
İran Xarici İşlər Nazirliyi İsrailin cəzasız qaldığını bildirib
57
12:13 / 16 İyun 2025
İrandan danışıqlarla bağlı AÇIQLAMA
84
11:58 / 16 İyun 2025
Rusiya və ABŞ eyni fikirdədir
51
11:47 / 16 İyun 2025
Bu ərazilərdə 4 gün su olmayacaq
1142
11:45 / 16 İyun 2025
60 kiloqramdan artıq narkotik aşkarlanıb
45
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.