Qaynar xətt:

(+99450) 247 90 86

Kənd təsərrüfatı texnikasını  nağd necə almaq olar? - HÜQUQİ YARDIM 

Kənd təsərrüfatı texnikasını  nağd necə almaq olar? - HÜQUQİ YARDIM 

HÜQUQ

360

15.12.2022, 13:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com oxuculara hüquqi yardımını davam etdirir.

 

Bu dəfə təqdim etdiyimiz mövzu kənd təsərrüfatı texnikalarının alınması ilə bağlıdır.

 

Kənd təsərrüfatı texnikasını və ya texnoloji avadanlığı nağd necə ala bilərəm?

 

Ehtiyacınız olan kənd təsərrüfatı texnikasını, texnoloji avadanlığı, suvarma sistemləri dəsti və avadanlığını istənilən təchizatçı şirkətdən seçirsiniz.

Müvəkkil bankların birində hesab açırsınız və texnikanın qiymətinin güzəşt edilməyən hissəsi qədər vəsait yerləşdirirsiniz.

Texnikanın qiymətləndirilməsi haqda akt əldə etdikdən sonra texnikanın kasko sığortasını etdirirsiniz və texnikanın qiymətinin minimum 20%-ni ilkin ödəniş edirsiniz.

Güzəşt məbləğinin ödənilməsi ilə bağlı Aqrar Kredit və İnkişaf Agentliyinə ərizə ilə müraciət edirsiniz.

 

Hazırladı: Miri Məcidli