Qaynar xətt:

(+99450) 247 90 86

Mal xarab çıxıbsa nə etmək olar? - HÜQUQİ YARDIM 

Mal xarab çıxıbsa nə etmək olar? - HÜQUQİ YARDIM 

HÜQUQ

450

14.12.2022, 12:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com oxuculara hüquqi yardımını davam etdirir.

 

Bu dəfə təqdim etdiyimiz mövzu istehlakçının hüququ ilə bağlııdr.

 

Alınan mala mağaza zəmanət verməyibsə, mal xarab çıxıbsa nə etmək olar?

 

İstehsalçı (icraçı) malın həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində, bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini (tətbiqini və istifadəsini) təmin edir.

İstehlakçı satıcı (istehsalçı, icraçı) qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar barədə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 589.2-ci maddəsi ilə müəyyən edilmiş 2 il və daha uzun müddətdən gec olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna malikdir.

 

Hazırladı: Miri Məcidli