Bu vəkillər hakim təyin olundu - SİYAHI
11 Oktyabr 2026, 08:51
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
393
13.12.2022, 11:40
Dövlət tərəfindən kəndlilərə yardım məqsədi ilə bir sıra layihələr həyata keçirilir.
Belə dəstəklərdən biri də mikrokreditlərlə bağlııdr.
Vətəndaşlar çox zaman məlumatsızlıq səbəbindən bu kimi xidmətlərdən istifadə edə bilmir.
Oxu24.com məsələni nəzərə alaraq vətəndaşlar üçün hüquqi yardımı təqdim edir:
AKİA xətti ilə ayrılan Mikrokredit nədir?
AKİA vəsaiti hesabına kredit təşkilatları tərəfindən 15 min manatadək məbləğdə, maksimum 3 ilədək müddətdə qaytarılmaq şərtilə verilən kənd-təsərrüfatı təyinatlı kreditdir.
Mikrokreditlərin əldə olunması üçün hara müraciət etməliyəm?
Mikrokreditlərin əldə olunması üçün birbaşa və ya akia.gov.az portalından aşağıda adları qeyd olunmuş müvəkkil kredit təşkilatlarına müraciət edə bilərsiniz.
“Accessbank” QSC
“Yelo Bank” ASC
“Bank Respublika” ASC
“Rabitə Bank” ASC
“Bank of Baku” ASC
“Unibank”ASC
“Turan Bank” ASC
“AqrarKredit” QSC BOKT
“Finoko” BOKT
“Finca Azerbaijan” MM QBKT
Güzəştli kreditlərin əldə olunması üçün hansı sənədləri təqdim etməliyəm?
Borcalanın şəxsiyyət vəsiqəsi
Kreditin təyinatı barədə məlumatlar
Bank tərəfindən ödəniş qabiliyyətinin qiymətləndirilməsi üçün tələb edilən digər sənədlər
Mikrokreditlərdə faiz nə qədərdir?
Mikrokreditlərin illik faiz dərəcəsi 12 %-dəkdir.
Mikrokreditlərin güzəşt müddəti neçə aydır və güzəşt nəyi əhatə edir?
Güzəşt müddəti 12 ay təşkil edir və bu müddət ərzində fermer yalnız faiz məbləğini ödəyəcək.
Mikrokreditlər hansı müddətə verilir?
Kreditin maksimal müddəti 3 ildir. Borcalanın təlabatına və fəaliyyətinin xarakterinə görə daha qısa müddətə verilə bilər.
Bank kredit vermirsə, nə etməliyəm?
Bank sizə kredit vermək istəmədiyi təqdirdə, onlardan imtina səbəbini göstərən rəsmi sənəd tələb edin. Eyni zamanda, layihənizi, gəlir və xərclərinizi bir daha nəzərdən keçirib daha aşağı məbləğli kredit üçün müraciət edə bilərsiniz.
Hazırladı: Miri Məcidli
03:05 / 13 Oktyabr 2026
297
01:20 / 13 Oktyabr 2026
134
00:44 / 13 Oktyabr 2026
1219
00:38 / 13 Oktyabr 2026
214
00:35 / 13 Oktyabr 2026
860
00:33 / 13 Oktyabr 2026
154
00:13 / 13 Oktyabr 2026
180
00:08 / 13 Oktyabr 2026
393
00:07 / 13 Oktyabr 2026
265
00:05 / 13 Oktyabr 2026
208
23:56 / 12 Oktyabr 2026
122
23:49 / 12 Oktyabr 2026
249
23:46 / 12 Oktyabr 2026
1106
23:32 / 12 Oktyabr 2026
153
23:25 / 12 Oktyabr 2026
135
23:17 / 12 Oktyabr 2026
306
23:16 / 12 Oktyabr 2026
143
23:14 / 12 Oktyabr 2026
252
23:04 / 12 Oktyabr 2026
106
23:04 / 12 Oktyabr 2026
1439
23:01 / 12 Oktyabr 2026
163
22:54 / 12 Oktyabr 2026
157
22:43 / 12 Oktyabr 2026
169
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.