Qaynar xətt:

(+99450) 247 90 86

Hansı torpaqlar torpaq vergisinə cəlb edilmir? - CAVAB

Hansı torpaqlar torpaq vergisinə cəlb edilmir? - CAVAB

HÜQUQ

328

10.12.2022, 19:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com oxuuclara hüquqi yardımını davam etdirir.

Hansı torpaqlar torpaq vergisinə cəlb edilmir?

Aşağıdakı torpaqlar torpaq vergisinə cəlb edilmir:

Yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları;
Dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü idarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan torpaqlar istisna olmaqla), habelə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar;
fiziki və hüquqi şəxslərin istifadəsinə verilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar;
dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar.

 

Hazırladı: Miri Məcidli