Hərbi xidmətə çağırılanların kredit borcları necə tənzimlənir? – Vəkildən AÇIQLAMA
13 Oktyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
373
08.12.2022, 23:19
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu mediasiya prosesinin xərcləri ilə bağlıdır.
Mediasiya prosesinə dair xərclərə daxildir:
Mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat;
Mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri.
Mediasiya haqqında Azərbaycan Respublikası Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Mediator və ya mediasiya təşkilatı mediasiyanı ödənişli əsaslarla həyata keçirir. Mediator və ya mediasiya təşkilatı öz razılığı ilə mediasiyanı ödənişsiz əsaslarla da həyata keçirə bilər.
Mediatora və ya mediasiya təşkilatına ödənilən haqqın məbləği mediasiya sessiyası başlanana qədər (bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulan hallarda isə bu Qanunun 29.5-ci maddəsi nəzərə alınmaqla sonrakı mediasiya sessiyası başlanana qədər) tərəflərlə mediator və ya mediasiya təşkilatı arasında bu Qanunun 23.4-cü maddəsinə uyğun olaraq bağlanan müqavilədə müəyyən olunur.
“Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Mediator onun qərəzsizliyinə mane olan şərtlər səbəbindən mediasiyanın keçirilməsindən imtina edərsə, tərəflərin ödədiyi məbləği (faktiki çəkilmiş xərclər çıxılmaqla) geri qaytarmalıdır.
Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan hər hansı tərəfin mediasiya xərclərinin ödənilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Barışıq sazişi imzalandıqdan sonra mediator tərəflərə çəkilmiş xərclər barədə hesabat verir və xərclənməmiş qalıq məbləği onlara qaytarır.
Hazırladı: Miri Məcidli
23:41 / 13 Oktyabr 2026
1
23:24 / 13 Oktyabr 2026
168
23:15 / 13 Oktyabr 2026
105
23:02 / 13 Oktyabr 2026
156
22:57 / 13 Oktyabr 2026
69
22:49 / 13 Oktyabr 2026
117
22:47 / 13 Oktyabr 2026
82
22:43 / 13 Oktyabr 2026
75
22:25 / 13 Oktyabr 2026
440
22:19 / 13 Oktyabr 2026
287
22:18 / 13 Oktyabr 2026
84
22:10 / 13 Oktyabr 2026
260
22:02 / 13 Oktyabr 2026
84
22:01 / 13 Oktyabr 2026
279
21:49 / 13 Oktyabr 2026
76
21:42 / 13 Oktyabr 2026
614
21:39 / 13 Oktyabr 2026
72
21:30 / 13 Oktyabr 2026
421
21:19 / 13 Oktyabr 2026
112
21:16 / 13 Oktyabr 2026
76
21:09 / 13 Oktyabr 2026
185
21:03 / 13 Oktyabr 2026
79
20:48 / 13 Oktyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.