Hərbi xidmətə çağırılanların kredit borcları necə tənzimlənir? – Vəkildən AÇIQLAMA
13 Oktyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
274
08.12.2022, 18:52
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Kompyuter məlumatlarını qanunsuz ələ keçirmə hansı məsuliyyət yaradır?
Kompyuter sisteminə, kompyuter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının, o cümlədən bu cür kompyuter məlumatlarının daşıyıcısı olan kompyuter sistemlərinin elektromaqnit şüalanmasının, buna hüququ olmayan şəxs tərəfindən texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirilməsi –
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
272.2. Eyni əməllər:
272.2.1. təkrar törədildikdə;
272.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;
272.2.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
272.3. Bu Məcəllənin 272.1 və ya 272.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Hazırladı: Miri Məcidli
00:30 / 14 Oktyabr 2026
202
00:28 / 14 Oktyabr 2026
79
00:11 / 14 Oktyabr 2026
79
00:09 / 14 Oktyabr 2026
62
23:55 / 13 Oktyabr 2026
127
23:55 / 13 Oktyabr 2026
61
23:55 / 13 Oktyabr 2026
67
23:54 / 13 Oktyabr 2026
65
23:43 / 13 Oktyabr 2026
65
23:41 / 13 Oktyabr 2026
91
23:33 / 13 Oktyabr 2026
72
23:24 / 13 Oktyabr 2026
366
23:15 / 13 Oktyabr 2026
142
23:02 / 13 Oktyabr 2026
211
22:57 / 13 Oktyabr 2026
95
22:49 / 13 Oktyabr 2026
182
22:47 / 13 Oktyabr 2026
117
22:43 / 13 Oktyabr 2026
93
22:25 / 13 Oktyabr 2026
646
22:19 / 13 Oktyabr 2026
435
22:18 / 13 Oktyabr 2026
92
22:10 / 13 Oktyabr 2026
327
22:02 / 13 Oktyabr 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.