Bu yazımızda bağlanmış müəssisələrdə çalışan şəxsləri düşünərək faydalı olacaq məsələləri qeyd etməyə üstünlük verdik.
Oxu24.com xəbər verir ki,Müəssisə ləğv olduqda işdən bu əsasla ayrılaraq əmək müqaviləsinə xitam verilən işçilərin bir neçə təminatı nəzərdə tutulmuşdur.
1) Əvvəla işçi işdən ayrıldığı ay üzrə faktiki işlədiyi günlərə müvafiq olaraq əmək haqqını almalıdır.
2) Əmək müqaviləsinə müəssisənin ləğv olunması ilə bağlı xitam verilən işçilərə müvafiq olaraq bu iş yerindəki əmək stajından asılı olaraq işdənçıxma müavinəti verilməlidir.
a) 1 ilədək orta aylıq əmək haqqı (son iki aylıq əmək haqqı cəmi üzrə hesablanır)
b) 1-5 ilədək orta aylıq əmək haqqının 1.4 misli
c) 5-10 ilədək orta aylıq əmək haqqının 1.7 misli
d) 10+ ilədək orta aylıq əmək haqqının 2 misli
3) İstifadə edilməmiş və iş ili üçün (əmək müqaviləsi bağlanan gündən növbəti ilin həmin günü olaraq hesablanır) müəyyən edilmiş növbəti əsas əmək məzuniyyəti üzrə məzuniyyət haqqı
4) Müəssisə tərəfindən işçiyə ödənilməli olan əlavə məbləğlər (vurulmuş zərərə görə kompensasiya, ezamiyyətlə əlaqədar ödənilməmiş ezamiyyət haqqı və digər ödənişlər)
5.1) Müqaviləyə xitam verilməzdən əvvəl 12 aydan çox, ümumilikdə 3 ildən çox sığorta stajı (məcburi dövlət sosial sığorta haqqı ödənildikdə yaranır) varsa, işçiyə aşağıdakı qaydada işsizlikdən sığorta ödənişi verilir.
a) 3-5 il sığorta stajı olduqda orta aylıq (işsiz kimi qeydiyyatdan əvvəlki 12 ayın əmək haqqını 12yə bölməklə alınır) əmək haqqının 50%
b) 5-10 il sığorta stajı olduqda orta aylıq əmək haqqının 55%
c) 10+ sığorta stajı olduqda orta aylıq əmək haqqının 60%-i məbləğində.
Qeyd edək ki, bu ödəniş ilk 12 ayın 6 ayında (ilk 2 ay 100%, 3-4-cü ay 80%, 5-6-cı ay 70%) ödənilir.
5.2) Müqaviləyə xitam verilməzdən əvvəl 12 aydan az, lakin ümumilikdə 3 ildən çox sığorta stajı olduqda işçiyə minimum aylıq əmək haqqı məbləğində ilk 6 ay yuxarıdakı nisbətlərə uyğun ödənilir.
Ümumilikdə isə işsizlikdən sığorta ödənişi növbəti il üçün minimum aylıq əmək haqqı məbləğində və 3 ay işsiz olan müddət üçün ödənilir. Həmçinin 18 yaşadək uşağı olduqda yuxarıdakı faizlərə 5% (20%dən çox olmayaraq) əlavə etməklə işsizlikdən sığorta ödənişi verilir.
Müəllif: Şəhriyar Həbilov
Oxu24.com
ŞƏRHLƏR