Hərbi xidmətə çağırılanların kredit borcları necə tənzimlənir? – Vəkildən AÇIQLAMA
13 Oktyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
384
06.12.2022, 14:43
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu adamın girov götürülməsi zamanı yaranan məsuliyyətlə bağlıdır.
Girov götürmə nədir?
Girov götürülən şəxsin azad olunması şərti ilə dövləti, fiziki və ya hüquqi şəxsi hər hansı hərəkəti etməyə və ya hər hansı hərəkətdən çəkinməyə vadar etmək məqsədilə şəxsi girov götürmə və ya saxlama— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər:
215.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
215.2.2. təkrar törədildikdə;
215.2.3. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə;
215.2.4. odlu silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə;
215.2.5. bilə-bilə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;
215.2.6. təqsirkar tərəfindən aşkar surətdə hamilə qadın barəsində törədildikdə;
215.2.7. iki və ya daha çox şəxs barəsində törədildikdə;
215.2.8. tamah niyyəti ilə törədildikdə—
on ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
215.3. Bu Məcəllənin 215.1 və ya 215.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda—on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməli törətmiş şəxs könüllü və ya hakimiyyət orqanlarının tələbi ilə girov götürüləni azad edərsə, onun əməlində başqa cinayət tərkibinin əlamətləri olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
Hazırladı: Miri Məcidli
00:30 / 14 Oktyabr 2026
639
00:28 / 14 Oktyabr 2026
710
00:11 / 14 Oktyabr 2026
446
00:09 / 14 Oktyabr 2026
126
23:55 / 13 Oktyabr 2026
335
23:55 / 13 Oktyabr 2026
121
23:55 / 13 Oktyabr 2026
138
23:54 / 13 Oktyabr 2026
134
23:43 / 13 Oktyabr 2026
124
23:41 / 13 Oktyabr 2026
165
23:33 / 13 Oktyabr 2026
109
23:24 / 13 Oktyabr 2026
602
23:15 / 13 Oktyabr 2026
180
23:02 / 13 Oktyabr 2026
312
22:57 / 13 Oktyabr 2026
132
22:49 / 13 Oktyabr 2026
269
22:47 / 13 Oktyabr 2026
149
22:43 / 13 Oktyabr 2026
118
22:25 / 13 Oktyabr 2026
891
22:19 / 13 Oktyabr 2026
536
22:18 / 13 Oktyabr 2026
106
22:10 / 13 Oktyabr 2026
434
22:02 / 13 Oktyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.