Hərbi xidmətə çağırılanların kredit borcları necə tənzimlənir? – Vəkildən AÇIQLAMA
13 Oktyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
326
06.12.2022, 14:36
Oxu24.com oxuculara hüquqi yardım layihəsini təqdim edir.
Bu dəfə təqdim etdiyimiz mövzu terrorçuluq və terror törədənlərin cəzası ilə bağlııdr.
Terroruluq nədir?
Cinayət Məcəlləsinin 214.1. maddəsində qeyd edilir ki, terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə -on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
214.2. Eyni əməllər:
214.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;
214.2.2. təkrar törədildikdə;
214.2.3. odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə;
214.2.4. ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda;
214.2.5. beynəlxalq tədbirin keçirildiyi vaxt və ya kütləvi tədbirin keçirildiyi yerdə törədildikdə;
214.2.6. dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə
on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Terrorçuluq əməlinin hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
Hazırladı: Miri Məcidli
00:30 / 14 Oktyabr 2026
639
00:28 / 14 Oktyabr 2026
710
00:11 / 14 Oktyabr 2026
446
00:09 / 14 Oktyabr 2026
126
23:55 / 13 Oktyabr 2026
335
23:55 / 13 Oktyabr 2026
121
23:55 / 13 Oktyabr 2026
138
23:54 / 13 Oktyabr 2026
134
23:43 / 13 Oktyabr 2026
124
23:41 / 13 Oktyabr 2026
165
23:33 / 13 Oktyabr 2026
109
23:24 / 13 Oktyabr 2026
602
23:15 / 13 Oktyabr 2026
180
23:02 / 13 Oktyabr 2026
312
22:57 / 13 Oktyabr 2026
132
22:49 / 13 Oktyabr 2026
269
22:47 / 13 Oktyabr 2026
149
22:43 / 13 Oktyabr 2026
118
22:25 / 13 Oktyabr 2026
891
22:19 / 13 Oktyabr 2026
536
22:18 / 13 Oktyabr 2026
106
22:10 / 13 Oktyabr 2026
434
22:02 / 13 Oktyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.