Hərbi xidmətə çağırılanların kredit borcları necə tənzimlənir? – Vəkildən AÇIQLAMA
13 Oktyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
916
04.12.2022, 20:03
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu vərəsəlik zamanı tələb olunan sənədlərlə bağlııdr.
Vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar natariusa hansı sənədlər təqdim edilməlidir?
Bunun üçün aşağıdakı sənədlər tələb olunur:
miras qoyanın ölümü haqqında şəhadətnamə;*
miras qoyanın yaşayış yeri (daimi və ya müvəqqəti qeydiyyatı) haqqında arayış, yaşayış yeri məlum olmadıqda miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer barədə sənəd;*
vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənədlər və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi);*
mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizə;
qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət olunmadıqda vərəsə tərəfindən əmlaka sahiblik və ya əmlakı idarə etməyə faktiki başlamasını təsdiq edən sənədlər (mirasın açıldığı gündən altı ay ərzində vərəsə tərəfindən mirasa dair borcların ödənilməsi, mirasın qəbul edilməsi, miras əmlaka sahiblik və əmlakdan istifadəyə dair arayışlar, maliyyə və kommunal xidmət haqlarının vərəsə tərəfindən ödənilməsini təsdiq edən qəbzlər və s.);
miras əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin əsli;
miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, onun üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə arayış.*
Vəsiyyət üzrə vərəsəlik hüququ haqqinda şəhadətnamə verilərkən vəsiyyətnamənin əsli də təqdim edilməlidir (vəsiyyətnamə başqa notariat ofisində təsdiq edildikdə və ya Dövlət notariat arxivinə təhvil verildikdə onun dəyişdirilmədiyi və ya ləğv edilmədiyi barədə həmin orqanlar tərəfindən qeyd aparılmaqla).
Qeyd: Yuxarıda * işarəsi ilə göstərilən sənədlər notarius tərəfindən informasiya sistemlərindən əldə edilir, bu mümkün olmadıqda isə vətəndaşdan sənədin kağız nüsxəsi tələb olunur.
Hazırladı: Miri Məcidli
00:30 / 14 Oktyabr 2026
826
00:28 / 14 Oktyabr 2026
1187
00:11 / 14 Oktyabr 2026
506
00:09 / 14 Oktyabr 2026
146
23:55 / 13 Oktyabr 2026
390
23:55 / 13 Oktyabr 2026
135
23:55 / 13 Oktyabr 2026
164
23:54 / 13 Oktyabr 2026
151
23:43 / 13 Oktyabr 2026
139
23:41 / 13 Oktyabr 2026
185
23:33 / 13 Oktyabr 2026
116
23:24 / 13 Oktyabr 2026
675
23:15 / 13 Oktyabr 2026
187
23:02 / 13 Oktyabr 2026
342
22:57 / 13 Oktyabr 2026
145
22:49 / 13 Oktyabr 2026
291
22:47 / 13 Oktyabr 2026
154
22:43 / 13 Oktyabr 2026
129
22:25 / 13 Oktyabr 2026
1002
22:19 / 13 Oktyabr 2026
641
22:18 / 13 Oktyabr 2026
109
22:10 / 13 Oktyabr 2026
449
22:02 / 13 Oktyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.