Qaynar xətt:

(+99450) 247 90 86

Vərəsəlik işinin açılması barədə məlumatı haradan almaq olar?

Vərəsəlik işinin açılması barədə məlumatı haradan almaq olar?

HÜQUQ

696

03.12.2022, 14:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

 

Bu dəfə təqdim etdiyimiz mövzu vərəsəliklə bağlıdır.

 

Vərəsəlik işinin açılması barədə məlumatı haradan almaq olar?

 

Cavab: Vərəsəlik işinin açılması barədə məlumatı Ədliyyə Nazirliyinin Elektron Xidmətlər portalında yerləşdirilmiş “Vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatın verilməsi” adlı bölməyə daxil olaraq ölən şəxsin soyadı, adı və atasının adını, eləcə də ölüm tarixini daxil etməklə əldə etmək mümkündür.

Vərəsəlik işinin açıldığı təqdirdə ekranda onun açıldığı notariat ofisi və açılma tarixi barədə məlumat əks olunacaqdır.

Xidmətdən istifadə etmək üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: //exidmet.justice.gov.az:8284/Notariat/InheritanceInfo

 

Hazırladı: Miri Məcidli