Qaynar xətt:

(+99450) 247 90 86

Bu hallarda hərbçilər istefaya göndərilir - QANUN

Bu hallarda hərbçilər istefaya göndərilir - QANUN

HÜQUQ

410

03.12.2022, 10:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu . Həqiqi hərbi xidmətdən istefaya buraxılma qaydası ilə bağlıdır.

 

42.0. Hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən istefaya buraxılırlar:

42.0.1. yaşa görə – ehtiyatda olmağın son yaş həddinə çatdıqda;

42.0.2. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda; [39]

42.0.3. törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edildikdə;

42.0.4. bağlaşma əsasında həqiqi hərbi xidmətdə olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər törədilmiş cinayətə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəzaya məhkum edildikdə və ya onlarla bağlaşma ləğv edildikdə;

42.0.5. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə.

 

Hazırladı: Miri Məcidli