Qaynar xətt:

(+99450) 247 90 86

Obyektinə işıq çəkdirənlər bunu BİLMƏLİDİR

Obyektinə işıq çəkdirənlər bunu BİLMƏLİDİR

HÜQUQ

330

02.12.2022, 16:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com oxuculara hüquqi yardım layihəsini təqdim edir.

Bu dəfə təqdim etdiyimiz mövzu  elektrik enerjisi almaq zamanı tikinti obyekti fiziki olaraq elektrik təchizatı şəbəkəsinə qoşulduqdan sonra hansı sənədlər verilir? sualına cavabdır.

Cavab:Tikinti obyektinin ETŞ-yə qoşulması ilə əlaqədar elektrik xətlərinin çəkilməsi və tikinti-quraşdırma işləri Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 2-ci hissəsinə uyğun olaraq verilmiş texniki şərtlərə əsasən 10 (on) gün müddətində yerinə yetirilir. Tikinti-quraşdırma işləri yekunlaşan gün ETŞ-yə fiziki qoşulma həyata keçirilərək tikinti obyektinə elektrik enerjisinin verilməsi təmin edilir. İşlər yekunlaşan gün qeyd olunan sənədlər toplusu sahibkara təqdim edilir: texniki şərtlər, layihə sənədləri, ETM ilə sifarişçi arasında qoşulma aktı və elektrik enerjisinin alqı-satqı müqaviləsi

Hazırladı: Nigar Oktayqızı