Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77610
az

Uşağın adına olan əmlak nə zaman satıla bilər? - HÜQUQİ YARDIM

10:5729 Noyabr, 2022
218
  • A

Oxu24.com oxuculara  hüquqi  yardım  layihəsini təqdim edir.

Bu dəfə təqdim etdiyimiz  mövzu  uşağın adına olan əmlak hansı qaydada satıla bilər? sualı ətrafındadır.

 

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.4-cü maddəsinə görə: Uşağın mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ Mülki Məcəllənin müvafiq maddələri ilə müəyyən edilir.
Həmin Məcəllənin 55.5-ci maddəsinə görə uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur.

Mülki Məcəllənin 36.2-ci maddəsinə görə qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz.

AM-in 51.7-ci maddəsinə görə uşaq hüquqlarının həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanları nəzarət edirlər. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli fərmanı «Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda AM-in 51.7-ci maddəsinə uyğun olaraq, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin təşkilini və həyata keçirilməsini tənzimləyir. Qaydanın 1.2-ci bəndinə görə dövlət nəzarətinin məqsədi uşaqların Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühit yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması və səbəb ola biləcək halların qarşısının alınmasıdır.

Qaydanın 1.3-cü bəndinə görə dövlət nəzarətini, Azərbaycan Respublikasının qanunları əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ... yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər.

Qaydanın 2.8.1-ci bəndinə görə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanları uşaqların hüquqlarını və mənafelərini müdafiə edir.

Göründüyü kimi, sadalanan maddələrin tələbinə müvafiq olaraq yetkinlik yaşına çatmayan şəxsin əmlakına dair alqı-satqı müqaviləsini bağlaması və ya belə müqavilənin bağlanmasına razılıq verməsi üçün valideynin qabaqcadan yerli icra hakmiyyətinin qəyyumluq və himayəçilik orqanının icazəsini alması lazımdır.

Qəyyumluq və himayəçilik orqanı bu icazənin verilib-verilməməsi məsələsini konkret hallardan çıxış edərək və uşağın mənafeyinin təmininin üstünlüyünü nəzərə alaraq müəyyənləşdirəcəkdir. Qəyyumluq və himayəçilik orqanı bu məsələyə dair qəbul edəcəyi qərarı hər bir halda əsaslandırmalıdır.  

Hazırladı: Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşə gecikməyə görə maaşdan pul tutula bilər?— VƏKİL AÇIQLADI
“İrşad Electronics” qanunları necə pozur?
Vəkillər Kollegiyasında “Dövlət hesabına hüquqi yardım” mövzusunda Ümumrespublika Müşavirəsi keçirilib

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“400 minlik yeyintidən xəbərim olmayıb”- Azad Rəhimovun oğlu