Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77608
az

Hərbiçilər hansı hallarda və necə sığorta olunurlar? - HÜQUQİ YARDIM 

09:4729 Noyabr, 2022
142
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu hərbi qulluqçular sığırtası ilə bağlıdır.

Hərbi vəzifəli qulluqçuların icbari sığortası barədə münasibətlər “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli Qanunu ilə tənzimlənir.

Sığorta olunanlara hansı hərbi qulluqçular aiddir:

• Azərbaycan Respublikası Silahlı Qüvvələrinin,

• dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti,

• qanunvericiliyə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər.

Sığortaçı hansı qurumdur?

Bu Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətidir.

Hərbi qulluqçu hansı məbləğ həddində sığorta olunur?

Bu məbləğ 11.000 (on bir min) manat məbləğində müəyyən edilmişdir.

Hansı sığorta hadisələrinə və hansı məbləğdə ödəniş edilir?

• hərbi qulluqçu həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə – sığorta məbləğinin 100 faizi həddində (11.000 AZN);

• hərbi qulluqçu həqiqi hərbi xidmətdə olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra 3 (üç) il müddətində öldükdə — sığorta məbləğinin 100 faizi həddində (11.000 AZN);

• hərbi qulluqçu həqiqi hərbi xidmətdə olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — sığorta məbləğinin 100 faizi həddində (11.000 AZN);

• hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar 3 (üç) il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə:

– I dərəcə əlilliyə görə – sığorta məbləğinin 80 faizi həddində (8800 AZN);

– II dərəcə əlilliyə görə — sığorta məbləğinin 60 faizi həddində (6600 AZN);

– III dərəcə əlilliyə görə — sığorta məbləğinin 40 faizi həddində (4400 AZN);

Sığorta olunan həqiqi hərbi xidmətdə olduğu zaman, yuxarıda göstərilmiş hallarla nəticələnməyən:

– ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz;

– yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz.

Hansı sənədlər tələb olunur?

Sığorta ödənişlərinin alınması üçün hərbi qulluqçu, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya bölmələrinə ərizə və şəxsiyyətini təsdiq edən sənəd ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

1) həlak olması (ölüm) halında;

• ölüm haqqında şəhadətnamənin surəti;

• vərəsəlik hüququnu təsdiq edən sənəd;

• hərbi qulluqçu xidmətdə olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, xəstələnməsi nəticəsində xidmətdən buraxıldıqdan sonra 3 (üç) il müddətində öldükdə qeyd edilən sənədlərdən əlavə, həkim komissiyasının həmin faktı təsdiq edən rəyi.

2) əlillik halında:

• əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərarın surəti;

• hərbi bilet (yaxud onu əvəz edən sənəd);

• hərbi qulluqçunun həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti;

3) ağır, yaxud yüngül xəsarət (yaralanma, travma, kontuziya) alması halında:

• xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) dərəcəsi və səbəbi haqqında hərbi-həkim komissiyasının arayışı;

4) hərbi qulluqçunun səhhətinin pozulmasına görə xidməti vəzifəsini yerinə yetirməyə yararsız hesab edilməsi halında:

• xəstəlik vərəqəsindən çıxarış;

• hərbi bilet (yaxud onu əvəz edən sənəd).

Hansı hallarda sığorta ödənişinin verilməsindən imtina olunur?

• hərbi qulluqçunun sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

• hərbi qulluqçu alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə;

• hərbi qulluqçu və ya onun vərəsələri tərəfindən müvafiq sənədlər təqdim olunmadıqda.

 

Hazırladı: Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda ilk dəfə "Dünya Vəkil Cübbələri və Atributları" sərgisi keçirilir
Aliment borcu bu hallarda    silinə     bilər
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü