Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77573
az

Əfvetmə ərizəsi necə yazılır? -HÜQUQİ YARDIM 

11:3728 Noyabr, 2022
217
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu əfv prosesi ilə bağlıdır.

Bu proses necə həyata keçirilir?

Mövzu ilə bağlı vəkil Qulam İsmayılzadənin şərhini təqdim edirik:

Əfvetmə nədir?

Əfvetmə məhkəmədən kənar qaydada Azərbaycan Respublikası Prezidenti tərəfindən həyata keçirilən və yekun olaraq sərəncamla rəsmiləşdirilən fəaliyyətdir, hansı ki, bu fəaliyyət nəticəsində məhkumlar cəzanın qalan hissəsini çəkməkdən azad edilə, onlara təyin olunmuş cəzanın müddəti azaldıla və yaxud cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinə əsasən, əfvetmə Azərbaycan Respublikası Prezidentinin müstəsna səlahiyyəti olmaqla fərdi qaydada müəyyən edilən şəxslər barədə tətbiq olunur. Əfvetmə, bir qayda olaraq, “Əfvetmə haqqında Əsasnamə”nin müddəalarına uyğun olaraq həyata keçirilir.

Əfvetmə kimlərə tətbiq edilə bilər?
Əfvetmə Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycan Respublikasında çəkən Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.

Əfvetmə ilə bağlı kimlər müraciət edə bilər?
Əfvetmə barədə müraciət məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər, həmçinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, insan hüquqları üzrə müvəkkili, cəzanı icra edən orqan, beynəlxalq və ya qeyri-hökumət təşkilatı da öz vəsatəti ilə məsələ qaldıra bilər. 

Cinayət törədərkən 14 yaşından 18 yaşınadək olmuş və Azərbaycan Respublikasının məhkəmələri tərəfindən məhkum olunmuş şəxslərin əfv olunması barədə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar da vəsatət verə bilər.

Əfvetmə nə vaxt verilə bilər?
Əfvetmə barədə müraciət, işin hallarına uyğun olaraq, hökm qanuni qüvvəyə mindikdən sonra, cəza müddətinin ən azı 13 hissəsini və ya yarısını çəkdikdən sonra, məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra məhkumluğun götürülməsi barədə edilə bilər. Həmçinin, humanizm prinsipini özündə əks etdirən müddəalardan biri də ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin belə cəzanın 10 il müddətini çəkdikdən sonra əfvetmə barədə müraciət edə bilməsidir.

 

Əfvetmə barədə müraciətdə hansı məlumatlar göstərilməlidir?
Əfvetmə barədə müraciətdə aşağıdakı məlumatlar göstərilməlidir:

məhkum olunmuş şəxsin soyadı, adı, atasının adı;
məhkum olunmuş şəxsin doğulduğu il, ay, gün və yer;
məhkum olunmuş şəxs barədə hökmü çıxarmış məhkəmənin adı, hökmün çıxarıldığı tarix, hökmün nəticəvi hissəsinin qısa məzmunu (isə yuxarı instansiya məhkəmələrində baxılmışsa, həmçinin məhkəmələrdə işə baxılmasının nəticəsi barədə məlumat);
məhkum olunmuş şəxs barədə cəzanın növü, həddi, cəzanın çəkilməmiş müddəti və cəza çəkdiyi yer (məhkum olunmuş şəxs azadlıqdan məhrum olunmamışdırsa, həmçinin onun yaşadığı yer);
məhkum olunmuş şəxsin şəxsiyyəti, o cümlədən səhhəti və ailə vəziyyəti, habelə iş üçün əhəmiyyətli olan hallara dair digər zəruri məlumatlar;
törədilmiş cinayətlərə bağlı şəxsin peşmançılıq çəkməsi, vurulmuş maddi zərərin ödənilməsi və əfvetmənin mümkünlüyünü göstərən digər hallar.
Əfvetmə barədə müraciət hara göndərilir və hansı mərhələlərdən keçir?
Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfvetmə barədə müraciət və ya vəsatət Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə Iş və Hərbi Məsələlər Şöbəsinin Əfv Məsələləri sektorunda qeydiyyatdan keçirilir və Əsasnamədə nəzərdə tutulmuş tələblərə riayət olunması yoxlanılır.  

Əfvetmə barədə müraciət həmin orqan tərəfindən yoxlanıldıqdan sonra Əfv Məsələləri Komissiyasına göndərir. 

Əfvetmə barədə məsələ üzrə Əfv Məsələləri Komissiyası toplanmış sənədləri öyrəndikdən sonra məhkum olunmuş şəxsin əfv edilməyə tövsiyə olunması və ya olunmaması barədə qərarlardan birini qəbul edir.

Əfvetmə barədə məsələlər Əfv Məsələləri Komissiyasının iclasında baxıldıqdan sonra Komissiyada baxılmış sənədlər qəti qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunur. 

Əfvetmə haqqında qərar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə rəsmiləşdirilir

Məhkum olunmuş şəxs əfv edilmədikdə, təkrar müraciətə bir qayda olaraq, bir 1 keçdikdən sonra baxıla bilər. Göstərilən müddət qurtaranadək Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfvetmə barədə təkrar müraciətlər baxılmış əvvəlki müraciətin sənədlərinə əlavə olunur. 

Əfv Məsələləri Komissiyasının üzvləri kimlərdir?
Komissiyanın tərkibi Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2020-ci il tarixli sərəncamı ilə 18 nəfərdən ibarət tərkibdə təsdiq olunmuşdur:

1) Sədri Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri - Samir Nuriyev, 

2) Katibi Əfv Məsələləri Sektorunun müdiri - Kəmalə İsmayılova.

3)i Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə İş şöbəsinin müdiri - Fuad Ələsgərov

4) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və Hüquq Siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci Vitse-Prezidentinin köməkçisi - Gündüz Kərimov

5) Azərbaycan Respublikasının Ədliyyə naziri - Fikrət Məmmədov

6) Azərbaycan Respublikasının Daxili İşlər naziri - Vilayət Eyvazov

7)Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi - Əli Nağıyev

8)Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə

9) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə Komitəsinin sədri - Əhliman Əmiraslanov

10) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan Hüquqları Komitəsinin sədri - Zahid Oruc

11) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət Komitəsi sədrinin müavini - Fazil Mustafa

12) deputat - Azad Quliyev

13) deputat - Sədaqət Vəliyeva

14) Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini - Aynur Sofiyeva

15)Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü - Rəşad Məcidov

16) “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri - Əliməmməd Nuriyev

17) “Xan Şuşinski” Fondunun rəhbəri - Bəyimxanım Verdiyeva

18)  Akademik Zərifə Əliyeva adına liseyin direktoru - Mehriban Vəliyeva. 

Hazırladı: Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşə gecikməyə görə maaşdan pul tutula bilər?— VƏKİL AÇIQLADI
“İrşad Electronics” qanunları necə pozur?
Vəkillər Kollegiyasında “Dövlət hesabına hüquqi yardım” mövzusunda Ümumrespublika Müşavirəsi keçirilib

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Şirvanda ana və qızı   həbs   edildi