Hərbi xidmətə çağırılanların kredit borcları necə tənzimlənir? – Vəkildən AÇIQLAMA
13 Oktyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
520
26.11.2022, 18:16
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu Əmək müqaviləsi hansı hallarda müddətli bağlanılır? sualı ilə bağlıdır.
İşçi ilə işəgötürən arasında əmək müqaviləsi müəyyən müddətə (müddətli) və ya müddət göstərilmədən (müddətsiz) bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Belə ki, müddətli əmək müqaviləsi bağlanan halda, işçi və işəgötürən onun müddətini (2 il, 4 il və s.) özləri sərbəst şəkildə müəyyənləşdirirlər.
Əgər əmək müqaviləsində onun hansı müddətə bağlanması nəzərdə tutulmayıbsa, həmin əmək müqaviləsi müddətsiz bağlanmış hesab olunur. Tərəflər müddətsiz əmək müqaviləsi bağlamışlarsa, onda həmin əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əgər əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəllidirsə, onda əmək müqaviləsi müddətsiz bağlanmalıdır.
Müddətli əmək müqaviləsinin bağlanması üçün əmək funksiyasının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə, müddətinə görə işlərin (xidmətlərin) daimi xarakterə malik olmaması tələb olunur.
Əmək Məcəlləsinin 47-ci maddəsində konkret hallar göstərilmişdir ki, həmin hallarda müddətli əmək müqaviləsi bağlanılır. Həmin hallar aşağıdakılardır:
• işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda;
• təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı;
• işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda;
• müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda;
• işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda;
• müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən;
• Əmək Məcəllənin 6-cı maddəsinin “c” bəndində göstərilən orqanlar (Azərbaycan Respublikasının Milli Məclisinin deputatları və bələdiyyələrə seçilmiş şəxslər ) istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən;
• tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;
• Bu Məcəllədə nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda;
• qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
Yuxarıda göstərilən hallarda müddətli əmək müqaviləsinin bağlanması məcburi deyil, bu, tərəflərin iradəsindən asılıdır. Onu da qeyd edək ki, işçinin müddətli əmək müqaviləsinin müddəti bitdiyi halda həmin əmək müqaviləsinə müddətin bitməsi ilə xitam verilir. Həmin əsasla işçi ilə əmək müqaviləsinə xitam verildikdə “İşsizlikdən sığorta haqqında” Qanuna edilmiş yeni dəyişikliyə əsasən həmin şəxsin işsizlikdən sığorta ödənişi almaq hüququ yarana bilər.
Hazırladı: Miri Məcidli
02:14 / 15 Oktyabr 2026
232
00:15 / 15 Oktyabr 2026
121
00:04 / 15 Oktyabr 2026
79
23:55 / 14 Oktyabr 2026
106
23:52 / 14 Oktyabr 2026
89
23:52 / 14 Oktyabr 2026
92
23:44 / 14 Oktyabr 2026
135
23:39 / 14 Oktyabr 2026
117
23:36 / 14 Oktyabr 2026
101
23:28 / 14 Oktyabr 2026
155
23:24 / 14 Oktyabr 2026
100
23:20 / 14 Oktyabr 2026
246
22:57 / 14 Oktyabr 2026
120
22:50 / 14 Oktyabr 2026
74
22:42 / 14 Oktyabr 2026
120
22:34 / 14 Oktyabr 2026
94
22:31 / 14 Oktyabr 2026
1583
22:28 / 14 Oktyabr 2026
90
22:25 / 14 Oktyabr 2026
142
22:18 / 14 Oktyabr 2026
162
22:13 / 14 Oktyabr 2026
94
22:00 / 14 Oktyabr 2026
97
21:46 / 14 Oktyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.