Hərbi xidmətə çağırılanların kredit borcları necə tənzimlənir? – Vəkildən AÇIQLAMA
13 Oktyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
643
26.11.2022, 17:42
Azərbaycan Respublikası Əmək qanunvericiliyində qadınlar üçün bir sıra güzəştlər nəzərdə tutulub. Qadınlara və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir.
Əmək qanunvericiliyində qadınlar üçün nəzərdə tutulmuş digər güzəştlər:
Əmək Məcələsinin 52-ci maddəsinə görə əmək müqaviləsi bağlanılarkən hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara sınaq müddəti müəyyən edilmir.
Əmək qanunvericiliyində uşaqlı qadınlar üçün əlavə məzuniyyətlər nəzərdə tutulmuşdur: (Əmək Məcəlləsi, 117-ci maddə)
Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Həmçinin uşaqları övladlığa götürmüş şəxslərin də yuxarıda qeyd olunnan müddətdə əlavə məzuniyyət hüququ vardır.
Qeyd 2: Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.
Bioloji valideynlərlə yanaşı, uşaqları övladlığa götürmüş qadınların məzuniyyət hüquqları da Əmək Məcəlləsində öz əksini tapmışdır. (Əmək Məcəlləsi. 126-cı maddə)
Belə ki, iki aylığadək uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən böyüdən qadınlar doğuşdan sonra müəyyən edilmiş 56 günlük sosial məzuniyyətdən, həmçinin Əmək Məcəlləsinin 117-ci maddəsi ilə müəyyən edilmiş əlavə və 127-ci maddəsində nəzərdə tutulmuş qismən ödənişli məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər.
Həmçinin işçilər öz xahişləri ilə də məzuniyyətə çıxa bilərlər.
Bu zaman 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara — 14 təqvim gününədək ödənişsiz məzuniyyət verilir.
Qeyd 3: 14 yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara əmək məzuniyyəti öz arzuları əsasında onlar üçün əlverişli olan vaxtda verilə bilər.
Hazırladı: Aynur Bağırova
02:14 / 15 Oktyabr 2026
232
00:15 / 15 Oktyabr 2026
121
00:04 / 15 Oktyabr 2026
79
23:55 / 14 Oktyabr 2026
106
23:52 / 14 Oktyabr 2026
89
23:52 / 14 Oktyabr 2026
92
23:44 / 14 Oktyabr 2026
135
23:39 / 14 Oktyabr 2026
117
23:36 / 14 Oktyabr 2026
101
23:28 / 14 Oktyabr 2026
155
23:24 / 14 Oktyabr 2026
100
23:20 / 14 Oktyabr 2026
246
22:57 / 14 Oktyabr 2026
120
22:50 / 14 Oktyabr 2026
74
22:42 / 14 Oktyabr 2026
120
22:34 / 14 Oktyabr 2026
94
22:31 / 14 Oktyabr 2026
1583
22:28 / 14 Oktyabr 2026
90
22:25 / 14 Oktyabr 2026
142
22:18 / 14 Oktyabr 2026
162
22:13 / 14 Oktyabr 2026
94
22:00 / 14 Oktyabr 2026
97
21:46 / 14 Oktyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.