Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77439
az

Məhkəmə rüsumu hansı hallarda geri qaytarılır? - QAYDALAR

17:5425 Noyabr, 2022
999
HÜQUQ
  • A

Oxu24.com oxuuclara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu məhkəmə rüsümlarının qaytarılması ilə bağlıdır.

Məhkəməyə müraciət etməzdən öncə yerinə yetiməli olduğumuz məsələlərdən biri də dövlət rüsumunun ödənilməsidir.

Bəzən müxtəlif səbəblərdən - məhkəmə aidiyyatının yanlış müəyyən edilməsindən, məhkəmədə iddia qaldıran şəxsin dövlət rüsumu ödəməkdən azad edilən şəxslər kateqoriyasına daxil olduğunu bilməməsindən və digər səbəblərdən dövlət rüsumu artıq və ya yanlış ödənilir. Dövlət rüsumlarının miqdarında edilən son dəyişikliklərdən sonra yanlış ödənilmiş dövlət rüsumunun geri qaytarılması məsələsi daha da aktuallaşmışdır.

Bəs məhkəmənin hesabına yanlış ödənilmiş rüsumu necə geri qaytarmaq olar?
“Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda geri qaytarılır:
dövlət rüsumu qanunla müəyyən edilmiş miqdardan artıq ödənildikdə;

ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə;

məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə.

Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir.

Bu müraciətə 45 gün ərzində baxılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün 5 il ərzində iddia verilə bilər.

Digər vacib məsələ isə dövlət rüsumunu tutan orqanın müəyyən edilməsidir. Belə ki, Azərbaycan Respublikasının ümumi məhkəmələrinin hesabına artıq ödənilmiş rüsumu geri qaytarmaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edilməlidir. Apellyasiya məhkəməsinin hesabına artıq ödənilmiş rüsumun geri qaytarılması üçün birbaşa həmin məhkəməyə müraciət olunmalıdır.

Dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 15 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Dövlət rüsumunun düzgün tutulmaması və ya artıq ödənilməsi təsdiq edilmədiyi halda, bu barədə dövlət rüsumunu tutan orqan 5 gün müddətində dövlət rüsumunun ödəyicisinə məlumat verməlidir.

Vergi orqanı dövlət rüsumunu tutan orqanın düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu haqqında arayışındakı məlumatlar ilə həmin orqanın dövlət büdcəsinə ödədiyi rüsum məbləğləri barədə məlumatları müqayisə edir.

Müqayisə nəticəsində kənarlaşma aşkar olunmadıqda, vergi orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması barədə müvafiq qaydada təsdiq olunmuş 4 nüsxədə rəy tərtib edir.

Tərtib olunmuş rəyin 2 nüsxəsi dövlət rüsumunu tutan orqanın arayışının daxil olduğu tarixdən 15 gün müddətində düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu məbləğini qaytarmalı olan müvafiq yerli maliyyə orqanına göndərilir. Nəticədə, artıq ödənilmiş rüsum  vətəndaşın bank hesabına və ya nağd formada geri qaytarılır.

Hazırladı:  Hicrət Hüseynzadə

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boşananda hansı halda ər-arvadın birinə artıq pay düşə bilər?
Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər