Hərbi xidmətə çağırılanların kredit borcları necə tənzimlənir? – Vəkildən AÇIQLAMA
13 Oktyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
647
25.11.2022, 16:13
Təhqir nə zaman cinayət məsuliyyəti yaradır?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı şərh verən vəkil Qulam İsmayılzadə bildiirb ki, Şərəf və ləyaqəti alçatma hərəkətləri müxtəlif formalarda həyata keçirilə bilər.
Bunun üçün ilk öncə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə nəzər yetirək.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən:
Təhqir - kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqdır.
Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçatmaq həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə, onu əhatənin, yəni dostlarının, tanışlarının gözündə nüfuzdan salan hərəkətlərdə xarakterizə olunur.
Şərəf və ləyaqəti alçatma hərəkətləri müxtəlif formalarda həyata keçirilə bilər.
Yazılı, şifahi və ya bədən hərəkətləri ilə:
Şifahi formada şərəf və ləyaqəti alçaltmaq söyməklə, nalayiq sözlər deməklə, haqqında ələsalıcı ifadələr işlətməklə və s. törədilə bilər.
Ləyaqətin yazılı formada alçaldılması məktubda, hər hansı müraciətdə, məsələn ərizə, şikayət və yaxud təklifdə və s. istifadə oluna bilər.
Hərəkətlərlə şərəf və ləyaqəti alçaltmaq üzünə tüpürməklə, şillə vurmaqla, mimika və jestlərlə başqa şəxsi yamsılamaqla və s. hərəkətlərlə edilir.
Şərəf və ləyaqəti alçaltmaq təhqir olunan şəxsin iştirakı olmadan da törədilə bilər. Mühüm olan odur ki, şərəf və ləyaqəti kütləvi çıxışda, kütləvi nümayiş etdirmə və kütləvi informasiya vasitəsilə, internet və sosial şəbəkə vasitəsi ilə alçaldılmış olsun.
Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı 2 nəfər kənar şəxsin görə, eşidə və qavraya biləcəyi formada ifadə etmə başa düşülür.
Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı 2 nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür.
Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür.
Bura Facebook, İnstagram, TikToK, Youtube platformasını da əlavə edə bilərik.
Təhqirə görə 16 yaşına çatmış fiziki şəxs və daha böyük şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər.
Qüvvədə olan Cinayət Məcəlləsinə əsasən isə təhqirə görə aşağıdakı cəza nəzərdə tululur:
1000 manatdan 5000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə.
Hazırladı: Miri Məcidli
02:14 / 15 Oktyabr 2026
358
00:15 / 15 Oktyabr 2026
168
00:04 / 15 Oktyabr 2026
93
23:55 / 14 Oktyabr 2026
128
23:52 / 14 Oktyabr 2026
104
23:52 / 14 Oktyabr 2026
108
23:44 / 14 Oktyabr 2026
173
23:39 / 14 Oktyabr 2026
136
23:36 / 14 Oktyabr 2026
119
23:28 / 14 Oktyabr 2026
175
23:24 / 14 Oktyabr 2026
122
23:20 / 14 Oktyabr 2026
334
22:57 / 14 Oktyabr 2026
132
22:50 / 14 Oktyabr 2026
81
22:42 / 14 Oktyabr 2026
134
22:34 / 14 Oktyabr 2026
96
22:31 / 14 Oktyabr 2026
1749
22:28 / 14 Oktyabr 2026
100
22:25 / 14 Oktyabr 2026
167
22:18 / 14 Oktyabr 2026
166
22:13 / 14 Oktyabr 2026
102
22:00 / 14 Oktyabr 2026
102
21:46 / 14 Oktyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.