Qaynar xətt:

(+99450) 247 90 86

Adam döyməyə görə şəxsi hansı cəza gözləyir? - HÜQUQİ YARDIM

Adam döyməyə görə şəxsi hansı cəza gözləyir? - HÜQUQİ YARDIM

HÜQUQ

2397

25.11.2022, 12:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com oxuculara hüquqi yardım layihəsini təqdim edir.

Bu dəfə təqdim etdiyimiz mövzu adam döyməyə görə məsuliyyətlə bağlıdır.

Təəssüflər olsun ki, insanlar bəzi hallarda aralarında yaranan mübahisəni sivil qaydada (məhkəmə və s.) həll etməyə üstünlük vermirlər. Müəyyən səbəblərdən mübahisələr fiziki zorakılıqla, yəni, döymə, xəsarət yetirmə ilə nəticələnir.

Bəs bu halda qanunvericilikdə hansı məsuliyyət nəzərdə tutulub? 

Mövzu ilə bağlı şərh verən Vəkil Qulam İsmayılzadə bildirib ki,  döymə İnzibati Xətalar Məcəlləsində təsbit olunmuş inzibati xətadır.

Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - 300 manatdan 500 manatadək məbləğdə cərimə edilə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs ala bilərsiniz. 

Əgər döyməklə şəxsin sağlamlığına ağır, az ağır və ya yüngül zərər vursanız, Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəksiniz. Burada isə bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakterindən asılı olaraq, cəza (azadlıqdan məhrumetmə) nəzərdə tutulub. 

 

 

 

Hazırladı: Miri Məcidli