Hərbi xidmətə çağırılanların kredit borcları necə tənzimlənir? – Vəkildən AÇIQLAMA
13 Oktyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1162
25.11.2022, 09:30
Tanınmış vəkil Aslan İsmayılov jurnalistlər Taleh Şahsuvarlı və Aygün Muradxanlını məhkəməyə verib.
Oxu24.com xəbər verir ki, vəkil həmin jurnalistləri təhqir və böhtan atmaqda, şərəf və ləyaqətini alçaltmaqda, işgüzar nüfuzuna böhtan atmaqda ittiham edir.
Binəqədi rayon məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən iclasda iddiaçının Taleh Şahsuvarlıya qarşı şikayətinə ayrıca baxılıb. İddia olunur ki, Şahsuvarlı 2019-cu il sentyabrın 17-də aznews.az saytında və Facebook sosial şəbəkəsində “Aslan İsmayılov və oğlu erməni casusun "qolları arasında" - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR" başlıqlı yazısında vəkili və ailəsini təhqir edib.
(Taleh Şahsuvarlı)
Haqqın.az saytı yazır ki,Şahsuvarlı özü bu iş üzrə keçirilən məhkəmə iclaslarının heç birində iştirak etməyib. Bununla bağlı iddiaçının vəkili Kənan Məmmədov hakimdən jurnalistin zorla məhkəmə binasına gətirilməsini istəyib. Vəkilin vəsatəti təmin edilib və hakim onun icrasını Binəqədi və Bərdə rayon polis idarələrinə həvalə edib.
“Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərarından sonra artıq iki məhkəmə iclası keçirilib”, - deyə vəkil Kənan Məmmədov Azeri Daily-yə bildirib. “Bununla belə, hüquq-mühafizə orqanları Şahsuvarlının orada olmasını zorla təmin etməyiblər”.
İddiaçının vəkili əlavə edib ki, bu cinayət işi üzrə artıq 35 məhkəmə iclası keçirilib, 3 dəfə ekspertiza təyin edilib. Nəticədə Şahsuvarlının Aslan İsmayılovu təhqir etməsi və böhtan atması ilə bağlı bütün ittihamlar ekspertiza rəyləri ilə öz təsdiqini tapıb.
İsmayılovun iddiası üzrə növbəti məhkəmə iclası dekabrın 5-nə təyin edilib.
Jurnalist Aygün Muradxanlıya da qarşı məhkəmə işi başlanılıb.O,Youtube kanalında yayımladığı verilişdə Aslan İsmayılovu Rusiya və Ermənistana casusluqda ittiham edib.
Bu işə Sabunçu Rayon Məhkəməsində baxılır, ilk iclas noyabrın 29-na təyin edilib.

Tərcümə: Miri Məcidli
08:12 / 15 Oktyabr 2026
450
02:14 / 15 Oktyabr 2026
511
00:15 / 15 Oktyabr 2026
272
00:04 / 15 Oktyabr 2026
121
23:55 / 14 Oktyabr 2026
157
23:52 / 14 Oktyabr 2026
118
23:52 / 14 Oktyabr 2026
119
23:44 / 14 Oktyabr 2026
212
23:39 / 14 Oktyabr 2026
157
23:36 / 14 Oktyabr 2026
140
23:28 / 14 Oktyabr 2026
190
23:24 / 14 Oktyabr 2026
144
23:20 / 14 Oktyabr 2026
444
22:57 / 14 Oktyabr 2026
143
22:50 / 14 Oktyabr 2026
82
22:42 / 14 Oktyabr 2026
147
22:34 / 14 Oktyabr 2026
102
22:31 / 14 Oktyabr 2026
1992
22:28 / 14 Oktyabr 2026
103
22:25 / 14 Oktyabr 2026
189
22:18 / 14 Oktyabr 2026
170
22:13 / 14 Oktyabr 2026
111
22:00 / 14 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.