Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77214
az

Şəkidə piyadanın ölümündə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

10:4423 Noyabr, 2022
80
HÜQUQ
  • A

Şəkidə yol qəzasında piyadanın ölümündə təqsirləndirilən Pərviz Xəlilovun məhkəməsi başlayır.

Oxu24.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Nahid Mirzəyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin iyulunda Şəki-Qax avtomobil yolunun 18-ci kilometrliyində, Aşağı Göynük kəndinin ərazisində qeydə alınıb.

Şəki rayon Birinci Biləcik kənd sakini, 39 yaşlı P.Xəlilov idarə etdiyi "VAZ-21074" markalı avtomobillə hərəkətdə olarkən Şəki şəhər sakini 57 yaşlı Mehman Hacırəhimovu vurub. Qəza yerinə gələn təcili tibbi yardım heyəti tərəfindən yaralıya ilkin tibbi yardım göstərilərək Şəki Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

M.Hacırəhimov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

P.Xəlilova qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boşananda hansı halda ər-arvadın birinə artıq pay düşə bilər?
Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı