Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77103
az

Konstitusiya Məhkəməsi hansı işlərə baxır və ora necə müraciət edilməlidir?

09:3522 Noyabr, 2022
153
  • A

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi (bundan sonra – Konstitusiya Məhkəməsi) Azərbaycan Respublikasının Konstitusiyası (bundan sonra – Konstitusiya) ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır və növbəti məhkəmə instansiyası hesab edilmir. Müstəqil dövlət orqanı olan Konstitusiya Məhkəməsi təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyildir.

Oxu24.com xəbər  verir  ki,Hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin həll edilməsi üçün Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə fərdi şikayət verə bilər.

Şikayətlərə Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına aşağıdakı hallarda yol verilir:

• tətbiq edilməli olan normativ hüquqi akt məhkəmə tərəfindən tətbiq edilmədikdə;

• tətbiq edilməli olmayan normativ hüquqi akt məhkəmə tərəfindən tətbiq edildikdə;

• normativ hüquqi akt məhkəmə tərəfindən düzgün şərh edilmədikdə.

Şikayət, bir qayda olaraq, aşağıdakı hallarda verilə bilər:

• məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edildikdən sonra axırıncı məhkəmə instansiyasının (Ali Məhkəmənin) qərarının qüvvəyə mindiyi andan 6 ay müddətində;

• məhkəməyə müraciət hüququ pozulduqda isə, həmin hüququn pozulduğu andan 3 ay müddətində.

Birinci halda göstərilən qaydaya müvafiq olaraq, şəxs şikayətlə Konstitusiya Məhkəməsinə müraciət etməzdən əvvəl digər mümkün hüquq-müdafiə vasitələrindən istifadə etməlidir. Məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edilməsi isə onu nəzərdə tutur ki, şəxs bütün məhkəmə instansiyalarını keçməli və yalnız kassasiya instansiyası məhkəməsinin (Ali Məhkəmə) iş üzrə yekun aktını qəbul etdikdən sonra şikayətlə Konstitusiya Məhkəməsinə müraciət edə bilər.
Hüquq və azadlıqların pozulması nəticəsində ərizəçiyə ağır və bərpa edilməz zərərin vurulmasının digər məhkəmələr vasitəsi ilə qarşısının alınması mümkün olmadıqda şikayət bilavasitə Konstitusiya Məhkəməsinə verilə bilər.

Şikayətdə aşağıdakılar göstərilməlidir:

• Konstitusiya Məhkəməsinin adı;

• şəxsin adı, soyadı, atasının adı, ünvanı;

• mübahisə olunan normativ–hüquqi, məhkəmə və ya bələdiyyə aktını qəbul etmiş dövlət və yerli özünüidarəorqanının adı və ünvanı;

• Konstitusiya Məhkəməsinə müraciət hüququ verən Azərbaycan Respublikası Konstitusiyasının və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun normaları;

• mübahisə olunan aktın dəqiq adı, qəbul edildiyi tarix, nömrəsi, dərc olunduğu mənbə və ona dair digərməlumatlar;

• məsələyə dair şəxsin mövqeyi və Azərbaycan Respublikası Konstitusiyasının və ya digər normativ hüquqi aktların müvafiq normalarına istinadla onun hüquqi əsaslandırılması;

• Konstitusiya Məhkəməsinə şikayətlə əlaqədar ünvanlanmış xahiş.

Şikayətdə aşağıdakılar əsaslandırılmalıdır:

• mübahisə olunan normativ-hüquqi, məhkəmə və ya bələdiyyə aktı ilə ərizəçinin hüquq vəazadlıqlarınınpozulması;

• məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edilməsi, məhkəməyə müraciət etmək hüququnun pozulması və ya ağır və bərpaedilməz zərərin vurulmasının digər məhkəmələr vasitəsilə qarşısının alınmasının mümkün olmaması.

Şikayətlərə aşağıdakılar əlavə edilməlidir:

• ərizəçinin qənaətinə görə işin hallarının aydınlaşdırılması üçün lazım olan izahatlar və sənədlər;

• qanuni nümayəndə istisna olmaqla nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd (məs: təşkilat rəhbərinin səlahiyyətlərini təsdiq edən vəsiqəsi);

• mübahisə olunan normativ hüquqi, məhkəmə və ya bələdiyyə aktının surəti;

• başqa dildə verilmiş bütün sənədlərin və ya digər materialların Azərbaycan dilində tərcüməsi;

• məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edilməsini və ya məhkəməyə müraciət etmək hüququnun pozulmasını təsdiq edən sənədlər.

Fərdi şikayətlər Konstitusiya Məhkəməsinə poçt vasitəsilə göndərilə və ya şəxsən təqdim oluna bilər. Konstitusiya Məhkəməsinə müraciət üzrə qanunla müəyyən edilmiş müddət buraxıldıqda müddətin bərpası nəzərdə tutulmur. Konstitusiya Məhkəməsinin qərarlarının icrası məcburidir.

Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşə gecikməyə görə maaşdan pul tutula bilər?— VƏKİL AÇIQLADI
“İrşad Electronics” qanunları necə pozur?
Vəkillər Kollegiyasında “Dövlət hesabına hüquqi yardım” mövzusunda Ümumrespublika Müşavirəsi keçirilib

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Borca görə 15 dostunu  zəhərləyib   ÖLDÜRDÜ