Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77097
az

Boşanma zamanı ipotekada olan əmlak necə bölünür?

20:4721 Noyabr, 2022
261
HÜQUQ
  • A

Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə ötən il Azərbaycanda 17 191 boşanma halı qeydə alınıb. Bu, əvvəlki ilə nisbətən 17,5% çoxdur.

Ailə Məcəlləsinə görə, nikah müddətində ər və arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nigah pozulduqda tərəflərdən birinin ərizəsi ilə ümumi əmlak bölünür. Məsələn, kişi və yaxud qadın nigah müddətində özlərinə mənzil alıblarsa, bu mənzil onlardan hansının adına olması nəzərə alınmadan bölünür.

Bununla belə, müasir dövrdə əmlaklar, xüsusilə də mənzillər təkcə nağd ödənişlə əldə olunmur, həm də ipoteka kreditləşməsi yolu ilə alınır. Bəs boşanma zamanı ipotekada olan əmlak necə bölünür?

Oxu24.com  bu məsələyə aydınlıq gətirmək üçün hüquqşünas Əkrəm Həsənovla həmsöhbət olub.

Ekspert deyir ki, ipoteka ilə alınmış mənzil ər və arvadın birgə mülkiyyəti hesab olunursa, boşanma zamanı bərabər şəkildə bölünməlidir: “Tutaq ki, mənzil kişinin mülkiyyətindədir, 25 illik ipoteka krediti ilə alınıb və bunun 5 illik hissəsi evlilik müddətində ödənilib. Bu zaman yerdə qalan 20 ilin borcunu hər iki tərəf bərabər şəkildə ödəməlidir. Amma qadın bu borcu ödəməkdən imtina edərsə, kişi həmin 5 il ərzində ödənilən məbləğin və ipoteka kreditinə görə verilmiş ilkin ödənişin 50 %-ni qadına qaytarmalıdır. Çünki mənzil onların evli olduğu vaxtda alınıbsa, belə hesab olunur ki, onlar ilkin ödənişi və 5 ilin kredit borcunu birlikdə ödəyiblər. Bundan sonra kişi yerdə qalan 20 illik borcu özü ödəməli və yekunda ev ona qalmalıdır. Əgər kişi qadına bu pulu ödəməkdən boyun qaçırarsa, məhkəmə mənzildən qadına həmin məbləğə müvafiq pay verməlidir. Tutalım, bu 5 il ərzində ödənilən məbləğin qadına çatacaq olan 50 %-i mənzilin qiymətinin onda bir hissəsidir. Bu zaman məhkəmə evin onda bir hissəsini qadına verə bilər. Eyni zamanda onlar məhkəmə yolu mənzili satışa da çıxara bilərlər. Bu zaman qadının payı satışdan əldə edilən məbləğdən ona ödənilir”.

Onun sözlərinə görə, hər iki tərəf qalıq borcu ödəməkdən imtina edərsə, bank ipotekaya xitam verərək mənzili satışa çıxara bilər: “Satışdan əldə edilən məbləğlə bankın borcu bağlanacaq, bundan sonra qalıq vəsait olarsa, həmin vəsait ər və arvad arasında yarı bölünəcək. Adi halda da ipoteka yolu ilə satılan mənzillər üzrə bankın krediti qaytarılmırsa, bank vətəndaşı məhkəməyə verir, məhkəmə yolu ilə mənzil hərraca çıxarılır. Mənzil satıldıqdan və bankın borcu bağlandıqdan sonra heç bir vəsait qalmırsa, bu o deməkdir ki, evin qiyməti əvvəlki kimi deyil. Hətta nəzəri baxımdan ola bilər ki, mənzil daha aşağ qiymətlə satılar, bankın borcu tam bağlanmaz. Bu zaman qalan borcu tərəflər yarıbayarı ödəməlidir. Onlar bunu ödəməkdən imtina edə bilməzlər”.

“Boşanmaq üzrə olan cütlüyün övladı varsa, boşanma prosesində və yaxud boşanmadan sonra uşağın valideynlərdən hansı ilə qalmasının əmlak bölgüsünə təsiri yoxdur”, – deyə Ə.Həsənov fikrini tamamlayıb.

 

Aynurə Məcidova

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşə gecikməyə görə maaşdan pul tutula bilər?— VƏKİL AÇIQLADI
“İrşad Electronics” qanunları necə pozur?
Vəkillər Kollegiyasında “Dövlət hesabına hüquqi yardım” mövzusunda Ümumrespublika Müşavirəsi keçirilib

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi