Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77066
az

Qəyyumluq üçün hansı sənədlər lazımdır? - SİYAHI

16:1621 Noyabr, 2022
416
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdyimiz mövzu qəyyumluqla bağlııdr.

Qəyyumluq üçün hansı sənədlər lazımdır?

 

14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslərə qəyyumun təyin edilməsi üçün rayon/ şəhər icra hakimiyyətlərində Qəyyumluq və Himayəçilik Komissiyası fəaliyyət göstərir. Qəyyum olmaq istəyən şəxs ərizə ilə İcra Hakimiyyətinə aşağıdakı sənədlərlə birlikdə müraciət etməlidir.

1. İcra Hakimiyyəti başçısının adına notariat qaydada təsdiq edilmiş ərizə;

2. Qəyyumun və ya himayəçinin tərcümeyi-halı;

3. İş yerindən arayış (əmək haqqı göstərilməklə) və xasiyyətnamə;

4. Yaşayış yerindən 2 saylı forma arayış;

5. Valideynlər haqqında məlumat (ölüm haqqında şəhadətnamənin surəti, valideynlik hüququndan məhrum edilmə barədə qətnamənin və s. notariat qaydada təsdiq edilmiş surətləri);

6. Qəyyumluğa və ya himayəçiliyə götürülənin yaxın qohumlarının notariat qaydada təsdiq edilmiş razılıq əraziləri;

7. Qəyyumluğa və ya himayəçiliyə götürülən uşağın doğum haqqında şəhadətnaməsinin notariat qaydada təsdiq edilmiş surəti;

8. Qəyyumluğa və ya himayəçiliyə götürənin şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surəti;

9. Qəyyumluğa və ya himayəçiliyə götürənin nikah haqqında şəhadətnaməsinin notariat qaydada təsdiq edilmiş surəti;

10. Qəyyumluğa və ya himayəçiliyə götürülən uşağın təhsil alması barədə arayış;

11. 10 yaşından yuxarı uşağın razılıq ərizəsi;

12. Qəyyum və ya himayəçinin sağlamlığı haqqında əsəb-ruhi, onloloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən arayışlar.

Qəyyumluq və Himayəçilik Orqanı qəyyum olmaq istəyən şəxsin təqdim etdiyi sənədləri yoxlayır, öz rəyi və yoxlama aktı ilə birlikdə qəyyum təyin edilməsi barədə icra hakimiyyəti başçısının sərəncamının layihəsini hazırlayır. İcra hakimiyyətinin başçısı 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilməsi barədə sərəncam imzalayır.

Bu müraciətlər bir başa və ya poçt vasitəsi ilə həyata keçirilə bilər. Xidmətin həyata keçirilməsi müddəti 1 ay müddətinə həyata keçirilir. Müraciətə görə heç bir dövlət rüsumu tələb edilmir və xidmət ödənişsizdir. Qəyyumluq üçün müraciət etmiş şəxs qəyyumluğdan imtinadan və yaxud icra hakimiyyətinin hərəkət və və ya hərəkətsizliyindən Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər. Edilmiş müraciətə 1 ay müddətində baxılmalıdır. Bu cür imtinadan şəxsin məhkəməyə də müraciət etmək hüququ var.

Hazırladı: Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ədalət Verdiyevin cəzası bu ola bilər — Hüquq nə deyir?
İşə gecikməyə görə maaşdan pul tutula bilər?— VƏKİL AÇIQLADI
“İrşad Electronics” qanunları necə pozur?

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT
31 il əvvəl törədilmiş qətlin   üstü   açıldı