Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76954
az

Nəqliyyat vasitəsinin pərdə və işıq buraxması qabiliyyəti ilə bağlı şərtlər necədir?

12:3120 Noyabr, 2022
988
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu  nəqliyyat vasitələrində pərdələrlə bağlııdr.

Sual: Nəqliyyat vasitəsinin pərdə və işıq buraxması qabiliyyəti ilə bağlı şərtlər necədir?

Cavab: «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəfaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıq kimi müəyyən edilmişdir.

Bu Qanunun tələbinə əsasən işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrinin tətbiqinə icazə verilir. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-2004 saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti – küləyə qarşı şüşələr üçün -75%, küləyə qarşı olmayan digər şüşələr üçün-70%, avtomobillərin arxa şüşəsinin işıq buraxma qabiliyyəti isə sürücünün salondan arxa görünüşünü təmin etmək şərti ilə normalaşdırılmır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsinin tələblərinə müvafiq olaraq hər iki tərəfində arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şuşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalyüz asmağa yol verilir. Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək avtomobillərin şüşələrində sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boşananda hansı halda ər-arvadın birinə artıq pay düşə bilər?
Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Sumqayıtda meyit tapıldı