Qaynar xətt:

(+99450) 247 90 86

Qızı məcburi ərə verənlərin CƏZASİ BUDUR

Qızı məcburi ərə verənlərin CƏZASİ BUDUR

HÜQUQ

471

19.11.2022, 19:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu məcburi nikahla bağlıdır.

Şəxsi məcburi nikaha salmaq hansı məsuliyyət yaradır?

Mövzu ilə bağlı Oxu24.com-un sorğusunu cavablandıran vəkil  Asif Allahverdiyev  bildirib ki, Cinayət Məcəlləsinin 176-1.1 maddəsində qadını nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət nəzərdə tutulur.  

Həmin əmələ görə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
176-1.2-ci maddəsində Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə -
üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Hazırladı: Miri Məcidli